“Altı ildir gözlərimiz yoldadır, sənin yolunu gözləyirik, hər yerdə səni axtarırıq…Niyə gəlib çıxmırsan?…”-Şəhid anası Möhtrərəm Quliyeva – Qələbə Günündə dünyaya gələn, bu gün Cənnətdəki altıncı doğum günləri olan Qələbə Şəhidləri-NAFTALANLI BƏHRUZ QULİYEV, BAKILI ELMAZ HACIYEV VƏ BƏRDƏLİ ƏLİZAMİN RAMAZANLININ MƏZARLARI ZİYARƏT EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Əslən Goranboylu və Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin üç övladından biri, evin tək və ailəli oğlu, iki qız övladı Vətənə əmanət qalan, Aprel döyüşlərinin iştirakçısı, atası müharibə veteranı, MAXE Bəhruz Firuz oğlu Quliyevin Cənnətdəki altıncı doğum günü, 36 yaşının tamam olması ilə bağlı bu gün-9 may 2026-cı il tarixində, səhər saatlarında Naftalan qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1990-cı ilin may ayının 9-da, Faşizm üzərində Qələbə Günündə dünyaya gələn və İkinci Vətən Müharibəsi zamanı Şəhadətə qovuşan, 2020-ci ilin oktyabr ayının 11-də Əbədiyyətə uğurlanan 3 medallı Bəhruz Quliyevin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsindən Şəhidindən biri olan Bəhruz Quliyevin məzarı önündə qısa çıxşılar edilib.

Ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Mingəçevirli Şəhid ailələri adından Bəhruz Quliyevin ailəsinə plaket təqdim olunub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra  ilə bağlı adına ailəsinin yaşadığı evdə ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Xatirə fotoları çəkdirilib.

Şəhidin məzarını ziyarətdə və ailə üzvləri, yaxınları, NaftalanBərdə, Mingəçevir, Yevlax, Şəki, Qəbələ, Samux və Goranboylu Şəhid ailələri, Qazilər, din xadimləri, Naftalan şəhər İcra Hakimiyyətinin rəsmiləri, müəllim və şagirdlər və digər şəxslər iştirak ediblər.

***

Bu gün həm də əslən Şamaxılı və Bakı şəhərinin Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmaz Elmar oğlu Hacıyevin Cənnətdəki altıncı doğum günüdür.

Elmaz Hacıyevin 32 yaşı tamam olur.

Qeyd edək ki, Elmaz Hacıyev 1994-cü ilin may ayının 9-da Şamaxı rayonunun  İkinci Çaylı kəndində olub.

Sonra ailəsi ilə birlikdə Bakının Binə qəsəbəsinə köçərək, orada yaşayıblar.

Ailədə 3 qardaş olublar.

Hər iki qardaşı ailəlidir.

Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə isə ailə həyatı qurub.

İki övladı-atasının adını verdiyi Elmarı və Yağmur adlı qız övladı dünyaya gəlib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra Elmaz da döyüşlərə yollanıb.

Laçınacan uzun və şərəfli döyüş yolu keçib.

Bir ayının tamamında, noyabrın 4-də Laçın uğrunda döyüşlərdə əvvəlcə ayağından, sonra isə yaralı döyüş yoldaşına kömək edərkən başından yaralanıb və qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Lakin nəşini uzun müddət götürmək mümkün olmayıb.

Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

***

Bu gün eyni zamanda, əslən Xocalının (vaxtilə Şuşanın) Kosalar kəndindən olan Əlizamin Umud oğlu Ramazanlının Cənnətdəki altıncı doğum günüdür.

Əlizamin Ramazanlının bu gün 26 yaşı tamam olur.

Qeyd edək ki, Əlizamin Ramazanlı 2000-ci ilin 9 may tarixində dünyaya gəlib.

O da ailənin üç övladından biri, Bəhruz Quliyev kimi evin tək oğlu, iki bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, Dövlət Sərhəd Xidməti (DSX) ilə bağlayıb.

Gizir hərbi rütbəsini daşıyaraq, DSX-nın Xüsusi Təyinatlılarından olub.

Əlizamin də İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərə atılıb.

Şərəfli döyüş yolu isə 13 gün çəkib və oktyabrın 9-da Hadrutda Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir həftə sonra, oktyabrın 16-da doğulub boya-başa çatdığı Şirvanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

Əlizamin həm də subay olub.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

13:49

***

FOTOLAR:

14:00

***

14:12

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezidentlə Birinci vitse-prezident Heydər Əliyevin məzarını, Həzi Aslanovun isə abidəsini-ZİYARƏT ETDİLƏR – FOTOLAR – YENİLƏNİB

Read Next

İlham Əliyevlə Mehriban Əliyeva yenidən Cəbrayılda və BİR SIRA AÇILIŞLARDA, ŞÜKÜRBƏYLİ KƏNDİNİN SAKİNLƏRİNƏ YENİ EVLƏRİNİN AÇARLARI TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir