Samuxlu tək övlad, bibisinin himayəsində böyümüş Pərviz Rüstəmov, Bərdəli İkinci Vətən Müharibəsi Şəhidləri-üç övlad atası Azər Həsənov, iki qızı Vətənə əmanət qalan Elvin Abbasov və cəmi 19 yaşında Şəhadətə qovuşan Cavanşir Əhmədov-BU GÜN BU ŞƏHİDLƏRİN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (1)

Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərviz Tufan oğlu Rüstəmovun doğum günüdür.

Pərviz Rüstəmovun bu gün-6 may 2026-cı il tarixində 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Pərviz Rüstəmov 6 may 1992-ci il tarixində Samux rayonunda dünyaya gəlib.

Evin-ailənin tək və yeganə övladı olub.

Körpəliyindən atası, ata nənəsi və babası tərəfindən böyüdülüb.

7 yaşında isə atasını itirib və 9 yaşından Gəncə şəhərində yaşayan bibisi Elena xanımın himayəsində yaşayıb.

Orta təhsilini Gəncə şəhərində davam etdirib.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

2012-ci ildə Əsgərlikdən qayıtdıqdan illər sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Azərbaycan Ordusunun hərbçisi, MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb və 2020-ci ilin oktyabr ayında Füzuli istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir neçə gün sonra, 30 oktyabr tarixində Samux rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Samuxda adını daşıyan küçə var.

28 yaşında Şəhidlik məqamına ucalan Pərviz həm də subay olub.

***

Bu gün həm də Bərdəli İkinci Vətən Müharibəsi Şəhidlərindən Azər Aydın oğlu Həsənov, Elvin Şamil oğlu Abbasov və Cavanşir Elxan oğlu Əhmədovun Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.

Hərbçi,üç övlad atası Azər Həsənovun 44, Baş çavuş, ailənin iki övladından biri olan və iki qız övladı Vətənə əmanət qalan əslən Ağdərəli Elvin Abbasovun 34, cəmi 19 yaşında Şəhidlik məqamına ucalan iki qardaşdan biri və subay Cavanşir Əhmədovun isə 25 yaşı tamam olur.

Bu gün hər üç Şəhidin məzarı ailə üzvləri, Bərdəli Şəhid ailələri, Qazilər və din xadimləri tərəfindən ziyarət olunub, məzarları üzərinə gül dəstələri düzlüb, “Quran” oxunub.

Ruhlarına dualar olunub, ailələrinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum gümləri təbrik edilib.

Xatirə fotoları çəkdirilib.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin iki oğlan övladından biri, ali-hərbi təhsilli, Baş leytenant-ANTİTERROR ŞƏHİDİ SAHİB DAŞDƏMİROVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜNDƏ, 31 YAŞININ TAMAMINDA MƏZARI İZDİHAMLI ŞƏKİLDƏ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Musiqi sərhəd tanımır: MESAM Bakıda “Qardaşlığın körpüsü”nü qurdu – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir