“Elyəddin hərbçi olmaq istəyirdi…Mən isə daim onun bu istəyinə qarşı çıxırdım…”-Bu gün Cənnətdəki altıncı doğum günü, 31 yaşı tamam olan-NAFTALANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYƏDDİN CƏFƏROVUN MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyəddin Zöhrab oğlu Cəfərovun doğum günüdür.

Elyəddin Cəfərovun bu gün-24 may 2026-cı il tarixində 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Elyəddin Cəfərovun Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Xatirə Cəfərovaya Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra isə anasının Naftalan şəhərində yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Şəhid anası Xatirə xanımın dediklərindən:

“Elyəddin uşaqlıqdan Vətənpərvər idi…Uşaqlıqdan hərbçi olmaq istəyirdi, hərb sənətini sevirdi…Mən isə daim onun bu istəyinə qarşı çıxırdım, hərb sənətinin dalınca getməsinə razı olmurdum…Bir ana kimi istəyirdim ki, gözümün qabağında olsun…Amma görünür ki, taleyində, qismətində, alın yazısında hərbdə, müharibədə və Vətən yolunda Şəhid olmaq varmış…Taledən, qismətdən də qaçmaq mümkün deyil…”

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, doğmaları, Naftalan və Goranboylu Şəhid ailələri, Naftalan şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və din xadimləri iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elyəddin Cəfərov 1995-ci ilin may ayının 24-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində dünyaya gəlib.

Ailənin iki övladından-iki qardaşdan biri, evin böyük oğlu olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətdə olub və Əsgərliyini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb.

44 günlük İkinci Vətən Müharibəsində də könüllü olaraq iştirak edib.

Müharibənin 4-cü günündə, 2020-ci ilin sentyabr ayının 30-da (bəzi mənbələrdə isə oktyabrın 11-də) Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini bir müddət sonra əldə etmək mümkün olub və oktyabr ayının 20-də Qaşaltı-Qaraqoyunlu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Elyəddin həm də subay olub.

O, eyni zamanda, Naftalan şəhərinin dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:03

***

FOTOLAR:

15:03

***

16:50

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, bir övlad atası, həyat yoldaşının doğum günündə Əbədiyyətə uğurlanan-TURAL QASIMOVUN BU GÜN 35 YAŞI TAMAM OLUR…

Read Next

Qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə-MÜRACİƏT 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir