22 yaşı tamam, Cənnətdəki üçüncü doğum günü olan-MİNGƏÇEVİRLİ ANTİTERROR ŞƏHİDİ CAHANGİR TAĞIZADƏ… – FOTOLAR

Əslən Kəlbəcərli, özü isə Mingəçevirli olan Cahangir Qurban oğlu Tağızadənin doğum günüdür.

Cahangir Tağızadənin bu gün-27 may tarixində 22 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Cənnətdəki üçüncü doğum günü ilə bu gün  Şəhidin Mingəçevir Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Valideynlərinə-anası Şərafət xanıma və atası Qurban Tağıyevə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra isə Cənnətdəki üçüncü doğum günü ilə bağlı ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, əslən Kəlbəcər rayonunun Təkəqaya kəndindən və məcburi köçkün olan Cahangir Tağızadə 2004-cü ilin may ayının 27-də Mingəçevir şəhərində dünyaya gəlib.

Ailələdə iki övlad, iki qardaş olublar.

Yaşca böyük, tək, yeganə və nişanlı olan qardaşı Elvin Tağızadə (Tağıyev) 2024-cü ilin yazında faciəli şəkildə dünyasını dəyişib.

Cəmi bir neçə ayın içində Tağıyevlər (Tağızadələr) ailəsi hər iki övladını itirib, iki övlad faciəsi yaşayıblar.

Cahangir 2010-2021-ci illərdə Mingəçevir şəhərindəki məcburi köçkünlər üçün tikilmiş məktəbdə-“Ağdam məktəbi”ndə təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan bir müddət sonra, 2022-ci ilin yayında Əsgərliyə yollanıb.

Bakı şəhərində, Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb.

Azərbaycan Ordusunun Əsgəri kimi lokal xarakterli Antiterror əməliyyatında iştirak edib və elə sentyabrın 19-da da Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 3 gün sonra, 22 sentyabr 2023-cü il tarixində Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir medal və bir ordenlə təltif olunub.

O, həm də subay olub.

Onu da qeyd edək ki, Şəhidin dayısı Elgiz İbrahim oğlu Hüseynzadə də Şəhiddir.

O da cəmi 19 yaşında və İkinci Vətən Müharibəsində Şəhidlik məqamına ucalıb.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Qurban bayramı-QEYD EDİLİR – YENİLƏNİB

Read Next

Azərbaycanda 28 May – Müstəqillik Günü-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir