Ailənin tək və subay oğlu, nəşi 47 gündən sonra tapılan, Cənnətdəki altıncı doğum günü olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜSAL MƏMMƏDOV – MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN SÜFRƏSİ AÇILDI… – FOTOLAR – YENİLƏNİB

Cənnətdəki altıncı doğum günü, 29 yaşının tamam olması ilə bağlı İkinci Vətən Müharibəsi Şəhidi Vüsal Aftandil oğlu Məmmədovun bu gün səhər saatlarında Şəhidin Binəqədi qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar olunub, “Quran” oxunub.

Dövlət himni səsləndirilib.

Qısa çıxışlar edilib.

Doğmalarına-anası Mahirə xanımAllahdan səbr və dözüm arzulanıb.

Xatirə fotoları çəkdirilib.

Vüsal Məmmədovun məzarını ziyarətdən sonra anasının yaşadığı evdə Cənnətdəki altıncı doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bir daha ruhuna dualar edilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki altıncı doğum günü ilə bağlı adına açılan ehsan süfrəsində anası Mahirə xanım, doğmaları, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Vüsal Məmmədov isə 1997-ci ilin iyun ayının 2-də Bakı şəhərində sadə bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Ondan 8 yaş böyuk olan bacısı-həm kollec, həm də universitet təhsilli (hazırda da Milli Aviasiya Akademiyasında oxuyur) Gülnar xanım bir övlad anasıdır…

Vüsal cəmi üç yaşında olarkən 36 yaşlı cavan atasını itirib…

O vaxtdan-2000-ci ildən anası-cəmi 35 yaşlı Mahirə xanım həm ona, həm də bacısına həm analıq, həm də atalıq edib…

Vüsal 2003-cü ildə Binəqədi kəndində yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinifinə gedib, daha sonra-8-ci sinifdən isə təhsilini Binəqədi qəsəbəsində yerləşən 182 saylı tam orta məktəbdə davam etdirib…

2014-cü ildə orta məktəbi bitirib və həmin il Milli Aviasiya Akademiyasının “Hava hərəkətinin idarəolunması mühəndisliyi” ixtisasına qəbul olunub…

Ali təhsilini başa vurduqdan sonra, 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb…

Əsgərliyinin başa çatmasına 3 gün qalmış-2020-ci ilin sentyabr ayının 27-də İkinci Vətən Müharibəsinin başlaması ilə əlaqədar döyüşlərə qatılıb…

Şərəfli döyüş yolu 16 gün çəkib…

2020-ci ilin oktyabr ayının 12-də (bəzi mənbələrdə ayın 10-da) isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb…

Nəşi yalnız 47 gündən sonra, noyabr ayının 28-də tapılıb, Bakı şəhərinə gətirilib və bir gün sonra Binəqədi Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Cəsur döyüşçü” medalları ilə təltif olunub…

Anası Mahirə xanım isə övladının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

Cəmi 23 yaşında Şəhidlik məqamına ucalan Vüsal da subay olub…

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

14:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Səxavət Məmmədovun atası gəlinini qətlə yetirdi-ŞƏHİDİN ANASI İSƏ “HƏLƏ DƏ ŞOKDAYAM”-DEDİ…

Read Next

Yol Polisindən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir