Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəki rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hüseyn Fərman oğlu İsmayılovun doğum günüdür.
Bu gün-29 iyun 2026-cı il tarixində Hüseyn İsmayılovun 35 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Cənnətdəki altıncı doğum günü, 35 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında ailə üzvləri, doğmaları, Şəkili və Bərdəli Şəhid ailələri, Qazilər tərəfindən Şəhidin Şəkinin Qayabaşı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb.
Ruhuna dualar olunub, “Quran” oxunub.
Ailəsinə, valideynlərinə, həyat yoldaşına və övladlarına Allahdan səbr və dözüm arzulanıb.
35 yaşı, Cənnətdəki altıncı doğum günü təbrik olunub.
Məzarını ziyarətdən sonra ailəsinin-valideynlərinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
Etikxeber.az xəbər verir ki, əslən Qərbi Azərbaycanlı olan Hüseyn İsmayılov 1991-ci ilin iyun ayının 29-da Şəkinin Qayabaşı kəndində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2009-cu ilin yayında həqiqi hərbi xidmətə yollanıb.
Elə o vaxtdan da həyatını Ordu, hərb ilə bağlayıb.
Azərbaycan Ordusunda, Beyləqan-Füzuli istiqamətlərində MAXE kimi fəaliyyət göstərib.
Aprel döyüşlərinin iştirakçılarından olub.
İkinci Vətən Müharibəsinin ilk günündən son gününə kimi də Vətənin müdafiəsində dayanıb, döyüşlərdə iştirak edib, uzun və şərəfli döyüş yolu keçib.
Axırıncı dəfə valideynləri ilə noyabrın 2-də, həyat yoldaşı ilə noyabrın 3-də danışıb.
Ondan sonra Hüseynlə əlaqə saxlamaq mümkün olmayıb.
Atası Fərman kişinin dediklərindən:
“Axırıncı dəfə bizimlə-anası ilə noyabrın 2-də danışdı…Anası Hüseynlə danışanda dözə bilmədi, kövrəldi, ağladı…Hüseyn isə bir az hirsləndi, dedi ki, axı, nə olub, niyə ağlayırsan…Hər şey yaxşılıqdır, hər şey yaxşı olacaq, narahat olmayın…Amma cəmi 7 gün sonra Vətən yolunda Şəhid oldu, bizləri gözləri yaşlı qoydu…”
Hüseyn Noyabr ayının 9-da Şuşa istiqamətində qəhrəmancasına Şəhid olub.
Ancaq nəşi 21 gün sonra, noyabrın 30-da tapılıb və dekabr ayının 1-də Qayabaşı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif olunub.
O, Qayabaşının dörd İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
Hüseyn həm də ailəli olub.
İki övladı-orta məktəb şagirdləri olan bir oğlu-Ardası və bir qızı-Yağmuru Vətənə əmanət qalıb.
Hazırda Mingəçevir şəhərində yaşayırlar.
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
18:00
***
FOTOLAR:









19:28
***




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





