Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Goranboy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İxtiyar İlqar oğlu Əliyevin doğum günüdür.
İxtiyar Əliyevin bu gün-6 iyul 2026-cı il tarixində 32 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Goranlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Ruhuna dualar edilib, “Quran” oxunub.
Cənnətdəki beşinci doğum günü təbrik olunub, ailəsinə, valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.
Anası Lətafət xanımın dediklərindən:
“Sən mənim göz yaşlarıma qıymazdın, gözümdən bir damcı yaş axmasını istəməzdin…Düz altı ildir göz yaşları tökürəm…Amma gəlib çıxmırsan, ananı gözləri yaşı qoymusan…Nolar, qəfildən çıx gəl, qapını aç-içəri gir…Sənə çox ehtiyacımız var…”
Məzarını ziyarətdən sonra isə Şəhidin ata ocağında-ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar olunub.
Xatirə fotoları çəkdirilib.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Goranboy, Naxçıvan və Ağdamlı Şəhid ailələri, Qazilər, ziyalılar və digər şəxslər iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, İxtiyar Əliyev 1994-cü ilin iyulun 6-da Goranboy rayonunun Goranlı kəndində sadə bir ailədə-Əliyevlər ailəsində dünyaya gəlib.
Ailədə 3 uşaq, 3 qardaş olublar.
Qardaşının biri ailəli, biri isə subaydır.
İxtiyar orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və həyatını da Ordu, hərb ilə bağlayıb.
Aprel döyüşlərinin iştirakçılarından olub.
Eyni zamanda, Azərbaycan Orsusunun Giziri olaraq, İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə qatılıb.
Tərtər-Ağdərədən, Suqovuşandan Murov yüksəkliyinə qədər döyüş yolu keçib.
Oktyabrın 3-də ağır döyüşlərin birində yaralanan İxtiyar Əliyev xəstəxanada həkimlərə 1 gün belə qala bilməyəcəyini deyərək yenidən döyüşə yollanıb.
Atası İlqar Əliyev oğlu ilə sonuncu dəfə 2020-ci ilin 4 oktyabrında görüşüb.
Döyüş yolu 10 gün çəkən İxtiyar Əliyev 2020-ci ilin oktyabr ayının 6-da Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Lakin onun nəşini uzun müddət əldə etmək mümükün olmayıb.
Nəşi yalını zbir il bir həftədən sonra, 2021-ci ilin oktyabrın 13-də tapılaraq, ailəsinə təhvil verilib.
Bir gün sonra, 14 oktyabr 2021-cil tarixində isə Goranlı kənd qəbiristanlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb.
İxtiyar Şəhidliyindən əvvəl 7 medalla təltif olunub.
Şəhidliyindən sonra isə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhidin digər qardaşı-Qazi Bəxtiyar İlqar oğlu Əliyev isə sağ ayağından amputasiya olunub.
Atası İlqar Əliyev də müharibə iştirakçısı olub, Birinci Qarabağ Savaşının veteranıdır.
O, həm də Goranlı kəndinin yeganə Şəhididir.
İxtiyar eyni zamanda, ailəli olub, xalası qızı ilə ailə həyatı qurub.
Goranlı kəndindəki küçələrdən biri Onun adını daşıyır.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
13:46
***
FOTOLAR:







***



Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





