Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Seymur Səlyəddin oğlu Bəylərov…
Əslən Kəlbəcərli, özü isə Samuxlu, Karayerili…
Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi…
Samuxun, Karayerinin həm də ilk İkinci Vətən Müharibəsi Şəhidi…
Vətən yolunda canını fəda edən Vətən sevdalısı, Vətən fədaisi…
***
5 iyul 2026-cı il tarixində, günorta saatlarında Samuxlu İkinci Vətən Müharibəsi Şəhidi Elmil Sadıqzadənin valideynləri-anası Şəlalə xanım və atası Əziz Sadıqov, eləcə də Antiterror Şəhidi Fizuli Məmmədovun həyat yoldaşı Günel xanımla ilə birlikdə Şəhidin Karayeri qəsəbəsindəki ocağını, valideynlərini ziyarət etdik…
Qeyd edim ki, ilk dəfəydi Şəhidin ailəsində, ocağında olurdum…
Öncə Şəhidin ailəsinə, valideynlərinə-anası Gülgəz xanıma və atası Səlyəddin kişiyə Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…
Ruhu qarşısında baş əydiyimizi bildirdik…
Sonra Şəhidimizin valideynləri, ailə üzvləri ilə söhbətləşdik, dərdləşdik...
Təsirli, kövrək anlar yaşadıq…
Şəhidin ailəsinə baş çəkdikdən sonra Karayeri qəbiristanlığında yerləşən Şəhidlər məzarlığındakı məzarını ziiyarət etdik…
Ruhuna dualar etdik…
Onun da qeyd edim ki, əslən Kəlbəcərli, Allıkəndli və məcburi köçkün olan Seymur Bəylərov 1996-cı ilin iyun ayının 24-də Samux rayonunun Karayeri qəsəbəsində sadə bir ailədə dünyaya gəlib…
Ailənin dörd övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…
Ondan böyük olan iki bacısı və qardaşı isə Allıkənd kəndində doğulublar…
2002-2013-cü illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb…
Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb, bir müddət sonra isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
2017-ci ildən Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib…
2020-cı ilin sentyabr ayının 27-də başlayan tarixi 44 günlük İkinci Vətən Müharibəsinə qatılıb və elə müharibənin ilk günündə də Tərtər-Suqovuşan istiqamətində qanlı dpyüşlər zamanı qəhrəmancasına Şəhid olub…
Nəşi bir gün sonra-28 sentyabr tarixində Karayeri qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Valideynlərinin blidirdiyinə görə, Seymur tez-tez “Mən Şəhid olacağam…Şəhidlik ən böyük zirvədir…Mən də bir gün o zirvəyə ucalacağam…” deyirmiş…
Şəhidliyindən sonra üç medalla və bu ilin 25 iyun tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
24 yaşında Şəhadətə ucalan Seymur həm də subay olub.
Məqamı Ali və Uca olsun!
Nur içində yatsın!











Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





