Ailənin beş övladından, dörd qardaşdan biri və subay idi…Həm də peşəkar hərbçi, Giziriydi…21 il öncə-7 sentyabr 2005-ci il tarixində Şəhid oldu, nəşi bir gün sonra Əbədiyyətə uğurlandı, üç qohumu isə itkin Şəhidlərimizdəndir-SABAH ANIM GÜNÜ OLAN AĞCABƏDİLİ POLAD ƏLİYEV – FOTOLAR

Ağcabədili Şəhid Polad Nurələm (Nuralı) oğlu Əliyevin Anım Günüdür.

8 sentyabr 2026-cı il tarixində Şəhidin Əbədiyyətə uğurlanmasından 21 keçir.

Etikxeber.az xəbər verir ki, Polad Əliyev 1981-ci ilin oktyabr ayının 15-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində dünyaya gəlib…

Ailənin beş övladından, dörd qardaşdan biri olub…

Hindarx qəsəbə orta məktəbində oxuyub…

2000-2002-ci illərdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət edib, Vətənə xidmət borcunu yerinə yetirib…

Həqiqi hərbi xidmətini başa vurduqdan az sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb…

Gizlirlik kursunu oxuyub və peşəkar hərbçi kimi Azərbaycan Ordusunda xidmət etməyə başlayıb…

Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən təxminən 10 gün öncə danışıb…

2005-ci ilin sentyabr ayının 7-də Tərtər rayonunun Borsunlu kəndində-düşmənin növbəti təxribatı zamanı alın nahiyəsindən snayperlə vurulub və qəhrəmancasına Şəhid olub…

Şəhidlik xəbəri elə həmin gün, günorta saatlarında-babasının 40 mərasiminə hazırlıq gedən zaman ailəsinə çatdırılıb…

Əvvəlcə yaralı olduğu deyilsə də, sonra Poladın Şəhid olduğu bildirilib…

Nəşi həmin gün axşam saatlarında Tərtərdən Hindarxa gətirilib…

Səhərisi gün-sentyabrın 8-də isə Hindarx qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Cəmi 24 yaşında Şəhidlik məqamına ucalan Polad həm də subay olub…

O, eyni zamanda, Hindarxın 42 Şəhidindən biridir…

Ailəsinin yaşadığı küçəyə Onun adı verilib…

Eyni zamanda, ata ocağında adını daşıyan ev-muzeyi var…

Onu da qeyd edək ki, Poladın üç yaxın qohumu Birinci Qarabağ Savaşı Şəhididir…

Dayısı Ramiz Məmmədov, atasının xalası oğlu-Milli Qəhrəman Etibar İsmayılov və atasının əmisi oğlu, iki övlad atası Münasib Əliyev Birinci Qarabağ Şəhidlərimizdəndir…

Hər üçü də itkin Şəhidlərimizdəndir…

Məkanları cənnətlik olsun!

Nurlar içində uyusunlar!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhid anasının yaralı qəlbini bir də siz yaralamayın!-CƏLAL QURBANOV YAZDI

Read Next

Dünən Radə Qurbanova, bu gün Nəhayət Həsənova…Sabah növbə kimindir, növbəti hədəf hansı Şəhid anasıdır?-KAMİL HƏMZƏOĞLU YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir