Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yoluxma baxımından yüksək risk qrupuna daxil olan, yaşı 65-i keçmiş məhkumların koronavirusla mübarizə tədbirləri çərçivədində ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığı buraxılması, ölkədə həyata keçirilən humanizm siyasətinin daha bir bariz nümuməsinə çevrildi.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.
“65 yaşını doldurmuş 176 nəfər məhkumun-kimliyindən, mövqeyindən, törətdiyi cinayətin ağırlığından asılı olmayaraq, (qeyd etmək istəyirəm ki, onların arasında ömürlük həbsə məhkum olanlar da var) əfv edilməsi, Azərbaycan dövlətinin söykəndiyi yüksək idealları və bu idealların ən başlıca meyarı olan insan amilini bir daha ortaya qoydu”-deyə, o, əlavə edib.

Etikxeber.az





