Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Qisas” əməliyyatı Şəhidlərindən olan Xüsusi Təyinatlılar-Bərdəli Namiq Ağəmməd oğlu Məmmədli, Goranboylu Səfiyar Elşən oğlu Məmmədov və Ümid Vüqar oğlu İmamquliyevin Anım günləridir.
Bu gün-15 sentybar 2026-cı il tarixində hər üç Şəhidin Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Qeyd edək ki, hər üç Şəhid-Namiq Məmmədli, Səfiyar Məmmədov və Ümid İmamquliyev 2022-ci ilin sentyabr ayının 15-də dəfn ediliblər.
Bu gün səhər saatlarında isə hər üç “Qisas” əməliyyatı Şəhidinin Əbədiyyətə uğurlanmalarının dördüncü ildönümü, Anım günləri ilə bağlı öz rayonlarında-dəfn edildikləri qəbiristanlıqlarda, Bərdə rayonunun Bəcirəvan kənd qəbiristanlığında, Goranboy rayonunun Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında və Qaradağılı kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.
Hər üçünün də məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.
Ruhlarına dualar edilib, hər üçünə də “Quran” oxunub.
Qısa çıxışlar edilib.
Şəhidlərin İgidlik və Qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından bəhs olunub.
Ailələrinə Allahdan səbr və dözüm arzulanıb.
Hər üç Şəhidin məzarlarını ziyarətdən sonra Bərdənin Bəcirəvan kənd qəbiristanlığında Namiq Məmmədlinin, Goranboyun Qızılhacılı qəsəbəsində Səfiyar Məmmədovun, Qaradağlı kəndində isə Ümid İmamquliyevin Anım mərasimləri keçirilib, adlarına ehsan verilib.
Bir daha ruhlarına dualar olunub, xatirə fotoları çəkdirilib.
***
Etikxeber.az xəbər verir ki, Ümid İmamquliyev 2023-cü ilin 28 avqust tarixində Goranboy rayonunun Qaradağlı kəndində dünyaya gəlib.
Ailənin 4 övladından biri olub.
Böyük qardaşları hələ körpəykən dünyasını dəyişib.
Ailədə 3 üşaq-2 qardaş, 1 bacı qalıblar.
İki yaş ondan böyük olan qardaşının da səhhətində ciddi problemlər var.
Ümid orta məktəbi bitirdikdən bir müddət sonra, 2021-ci ilin oktyabr ayında Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb, “052”-də qulluq etməyə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub.
Axırıncı dəfə ailəsi ilə 2022-ci ilin sentyabr ayının 4-də danışıb və valideynlərinə Bakıda olduğunu deyib.
Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.
9 gün sonra, Əsgərliyinin bir ilinin tamamına yaxın, sentyabr ayının 13-də isə “Qisas” əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Sentyabrın 13-də Kəlbəcər istiqamətində Şəhidlik məqamına yüksələn Ümidin nəşi 15 sentyabr tarixində Qaradağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Ümid həm də subay olub.
***
Namiq Məmmədli 1996-cı ilin may ayının 2-də Bərdənin Təhlə kəndində dünyaya gəlib.
Ailədə iki övlad, iki qardaş olublar.
Ali təhsil alıb, Azərbaycan dili və əbədiyyatı müəllimliyi ixtisasına yiyələnib.
Ancaq ondan 4 yaş böyük olan-1992-ci il təvəllüdlü qardaşı Natiq ilə birlikdə hərb sənətini, hərb yolunu seçiblər.
Hər iki qardaş həm tarixi 44 günlük İkinci Vətən Müharibəsində, həm də qanlı sentyabr döyüşlərində iştirak ediblər.
Namiq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib.
2018-ci ildən hərb yolunu seçən Natiq isə Azərbaycan Ordusunun Giziridir.
Namiq Murovdan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib.
Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Natiq də Suqovuşan və Ağdam istiqamətlərində döyüşüb.
“Qisas” əməliyyatı zamanı isə Namiq Kəlbəcər, Natiq isə Laçın istiqamətində döyüşüb.
Sentyabrın 12-dən 13-nə keçən gecə isə Namiq Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi iki gün sonra-15 sentyabr tarixində Bəcirəvan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Namiq İkinci Vətən Müharibəsindən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2022-ci ilin noyabr ayında isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Eyni zamanda, xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə təltif olunub.
Natiq isə İkinci Qarabağ Savaşından sonra iki medalla-“Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Namiq də Ümid kimi subay idi.
Natiq isə ailəli, iki övlad atasıdır.
***
Ailənin 4 övladından, 3 qardaşdan biri və ata tərəfdən Bərdəli olan Səfiyar Məmmədov isə 2002-ci ilin yanvar ayının 1-də, Yeni ilin ilk günündə Goranboyun Qızılhacılı qəsəbəsində kasıb bir ailədə dünyaya gəlib.
Anaları Narıngül xanım onları təkbaşına böyüdüb boya-başa çatdrıb.
Səfiyar orta məktəbi bitirdikdən az sonra-2020-ci ildə Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətdə olarkən İkinci Vətən Müharibəsinə qatılıb.
Müxtəlif istiqamətlərdə döyüşüb və müharibədən sonra yenidən həyatını hərb, Ordu ilə bağlayıb.
Xüsusi Təyinatlı-MAXE kimi fəaliyyətə başlayıb.
“Qisas” əməliyyatı zamanı isə Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ayın 12-də Şəhidlik məqamına yüksələn Səfiyarın nəşi sentyabrın 15-də Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
20 yaşında Şəhadətə qovuşan Səfiyar da bu həyatdan subay köçüb.
Qızılhacılı qəsəbəsində adını daşıyan küçə var.
Məkanları cənnətlik olsun!
Nurlar içində yatsınlar!



14:28
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





