18 oktyabrda-Müstəqillik Günündə dünyaya gələn, həmin günün Haqqını verən-VƏTƏN YOLUNDA ŞƏHİD OLAN QƏHRƏMANIMIZ – SÜBHAN MAHİR OĞLU ABDURƏHMANLI… – FOTOLAR

32 illik qanlı Qarabağ münaqişəsinə nöqtə qoyan tarixi 44 günlük İkinci Vətən Müharibəsi, müqəddəs Qələbə və Zəfərimiz İgidlik, Qəhrəmanlıq Dastanları və Dastan yazan Vətən oğulları, Vətən sevdalıları ilə yadda qaldı, tarixə, yaddaşlara əbədiyyən-qızıl hərflərlə həkk olundu…

Hər anı, hər saniyəsi bir Dastan oldu İkinci Qarabağ Savaşının, 44 günlük müharibənin…

İgid, Qəhrəman, Cəngavər, Ölümün üzərinə qorxmadan, çəkinmədən, göz qırpmadan, tərəddüd etmədən yürüyən, düşmən üzərinə Şahin(lər) kimi, şığıyan Oğulların sayəsində…

İkinci Qarabağ Savaşında İgidlik, Qəhrəmanlıq Dastanı yazan Oğullardan biri də Sübhan Mahir oğlu Abdurəhmanlı oldu…

İgid, Qəhrəman, Cəsur, Qorxmaz Sübhan…

Sübhan Azərbaycan xalqı və dövləti üçün çox əziz və çox müqəddəs bir gündə-oktyabrın 18-ində dünyaya gəldi…

Azərbaycanın tarixdə, 20-ci əsrdə ikinci dəfə İgidlərinin, Qəhrəmanlarının, Şəhidlərinin qanı, canı hesabına əldə etdiyi 18 oktyabr-Müstəqillik Günündə, Müstəqillik haqqında Konstitusiya Aktının qəbulunun birinci ilində…

Və elə həmin gün-18 oktayabr da Sübhanın gələcək taleyini cızdı, onun Vətənpərvər, Vətən sevdalısı bir İgid kimi, yetişməsində önəmli rol oynadı…

Necə deyərlər, öz addımları, öz davranışları ilə həmin günün Haqqını verdi…

1999-cu ildə Bakının Xətai rayonunun “NZS” qəsəbəsində yerləşən 165 saylı tam orta məktəbə-birinci sinifə gedən Sübhan 2010-cu ildə məktəbi bitirərək, bir müddət sonra Vətənə xidmət borcunu yerinə yetirmək üçün əsgərliyə getdi və hərbi xidmətini də başa çatdıraraq, evinə, ailəsinə döndü…

Ailədə üç uşaq, iki qardaş və bir bacı olan Sübhan sonradan həyatını Ordu ilə, hərblə bağladı…

Peşəkar hərbçi oldu, Gizir rütbəsini Qürurla daşıdı…

Digər Vətən sevdalıları kimi, Sübhan da İkinci Qarabağ Savaşının ilk saniyəsindən döyüşlərə, müharibəyə atıldı, ən qaynar bölgələrdə vuruşdu…

Vuruşdu, döyüşdü, qəhrəmanlıqlar göstərdi, düşmənə qan uddurdu və Füzuli istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 2-də öz dostunu-döyüş yoldaşını neytral ərazidən çıxararkən snayperlə vuruldu və canından çox sevdiyi Vətəni, Qarabağı yolunda qəhrəmancasına Şəhid oldu, Şəhidlik Məqamına ucaldı, Şəhidlik Zirvəsinə yüksəldi… Özü də komandiri Orxan Ələkbərovla bir yerdə…

Nəşini isə 4 gün neytral ərazidə qaldıqdan sonra götürmək mümkün oldu Şəhidimizin…

Nəşini oktyabrın 6-sında yaşadıqları ünvana, evlərinə gətirdilər…Oktyabrın 7-sində də İkinci Fəxri Xiyabanda – əfsanəvi Mübariz İbrahımovun cərgəsində torpağa tapşırıldı, əbədiyyətə uğurlandı Şəhidimiz, Nur üzlü, Cəsur ürəkli Sübhanımız…

Şəhid atası Mahir kişinin dediklərindən:

“Oğlum olduğu üçün demirəm, Sübhan gerçəkdən də İgid, Qəhrəman, Vətənpərvər oğul idi… O, Vətən, Torpaq üçün doğulmuşdu…Həm də ailəsinə, bizlərə-ata-anasına, bacı və qardaşına arxa-dayaq idi…Belə bir Oğul idi Sübhan…Onunla Fəxr edir, Qürur duyuruq…Fəxr edir, Qürur duyururq ki, Sübhan kimi, Oğulun, İgidin, Şəhidin valideynləri, əzizləriyik…”.

Ölümündən sonra Şəhidimiz Qəhrəmanlığına, İgidliyinə görə, Ali Baş Komandan tərəfindən medallarla- “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin alınmasına görə” medalları ilə təltif olundu…

27 yaşlı Şəhidimiz həm də subay idi, müharibə başlamasaydı, ömrü yarım, yarımçıq qalmasaydı, evlənəcəkdi, ailə quracaqdı… Toy etməyə etməyə hazırlaşırdı…

Amma… Yenə sözün aciz qaldığı an…Yenə sözlər, kəlmələr aciz qalır bu məqamda…

Allah Vətən sevdalısı Şəhidimizə, İgidimizə qəni-qəni rəhmət etsin!

Məkanı cənnətlik, məzarı behiştlik olsun!

Qəbri nurla dolsun!

Allah ailəsinə, valideynlərinə, bacı və qardaşına bu ağır yükü çiyinlərində daşımaq üçün səbr, dözüm, güc-qüvvət versin!

Bu Vətən Sübhan kimi Vətən oğullarının, Şəhidlərin çiyinlərindədir!

Bu günlərimizə, sülh və əmin-amanlığımıza, təhlükəsiz yaşayışımıza, azadlığımıza və Azərbaycanı Qarabağlı etdiklərinə görə, Sübhana və Sübhanlara borcluyuq, minnətdarıq!

Onlara olan borcumuz heç zaman-bir ömür boyu ödənməz, ödənilməz!

Ruhu, ruhları qarşısında baş əyirəm, baş əyirik!

Ruhu şad olsun-Nur simalı Sübhanımızın, ruhları şad olsun-cəmi Şəhidlərimizin!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

MEDİA saytlara da maliyyə-DƏSTƏYİ VERƏCƏK

Read Next

DİM-dən “Abituriyentin elektron ərizəsi”ni ləğv etmək istəyənlərə-MÜRACİƏT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir