18 yaşında Şəhid olan 3 medallı-PƏRVİZ NOVRUZOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərviz Natiq oğlu Novruzovun “Şəhid bulağı”nın açılışı olub.

Etikxeber.az xəbər verir ki, “Şəhid bulağı”nın açılışında Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, Şəhid Pərviz Novruzov 2002-ci ilin fevral ayının 2-sində Kürdəmirin Ərəbxana kəndində anadan olub.

2008-2019-cu illərdə Ərəbxana kənd Şəhid Mərdan Quliyev adına tam orta məktəbində təhsil alıb.

2019-ci ildə Şamaxı Dövlət Regional Kollecinə daxil olub, 1-ci kursun ilk yarısını bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılıb.

O, İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və Füzuli-Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Oktyabr ayının 3-ündə nəşi Ərəbxana kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Nur içində yatsın, məqamı Uca olsun!

Allah əzizlərinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2077 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Read Next

Benzinin qiymətində-YENİDƏN ARTIM?!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir