Ailənin 3 övladından biri, 19 yaşında Şəhidlik məqamına ucalan-XÜSUSİ TƏYİNATLI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ ELNUR VƏFADAR OĞLU İMAMVERDİYEV – BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Kürdəmir rayonunun Carlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidi Elnur Vəfadar oğlu İmamverdiyevin mövlududur.

Elnur İmamverdiyevin bu gün 22 yaşı tamam olur.

Bu, Şəhidin Onsuz qeyd edilən və Cənnətdəki üçüncü doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Elnur İmamverdiyev 2001-ci ilin 9 yanvar tarixində Kürdəmirin Carlı kəndində dünyaya gəlib.

Ailənin 3 övladından-2 qardaşdan biri olub.

2007-2008-ci illərdə orta məktəbdə oxuyub.

Həm də idmanla məşğul olub.

Orta məktəbi bitirdikdən bir müddət sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəri-Xüsusi Təyinatlı kimi iştirak edib.

Şərəfli döyüş yolu təxminən bir ay çəkib, Tərtər-Ağdərə (Suqovuşan), Cəbrayıl, Füzuli istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Axırıncı dəfə isə anası ilə oktyabrın 16-da danışıb.

Oktyabr ayında Cəbrayıl rayonunun Daşkəsən kəndi istiqamətində qanlı döyüşlərdən birində ağır yaralanıb, 5 gün komada qalıb və ayın 25-də Şəhidlik məqamına ucalıb.

Nəşi 1 gün sonra, 26 oktyabr tarixində doğulub boya-başa çatdığı Carlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Elnur eyni zamanda, Carlının yeganə İkinci Vətən Müharibəsi Şəhidi olub.

Şəhidliyindən sonra medallarla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında, qarlı-şaxtalı havada Şəhidin Carlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub, qısa çıxışlar edilib.

Elnurun İgidliyindən, Qəhrəmanlığından bəhs olunub.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.

Eyni zamanda, məktəblilər tərəfindən Vətənə, Şəhidə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra Şəhidin Cənnətdəki üçüncü doğum günü ilə bağlı Carlı kənd məscidində mərasim keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Daha sonra Şəhidin doğum günü tortu kəsilib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin valideynləri, ailə üzvləri, yaxınları, Kürdəmirdən olan Şəhid ailələri, İkinci Vətən Müharibəsi iştirakçıları, din xadimləri, kənd sakinləri, Carlı kənd Bələdiyyəsinin sədri və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Carlı kənd üzrə nümayəndəsi və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki üçümcü doğum günü mübarək olsun!

Nur içində uyusun!

13:19

***

FOTOLAR:

ŞƏHİDİN OCAĞINI VƏ MƏZARINI ZİYARƏT…

18:00

***

VƏ CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ İLƏ BAĞLI CARLI MƏSCİDİNDƏKİ MƏRASİM…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 16 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

“Asiya böyük bir regiondur və onun siyasi-iqtisadi potensialı böyükdür…”-QAFAROVA ŞENTOPLA GÖRÜŞDƏ BELƏ DEDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir