19 yaşında Şəhid olmuş 4 medallı Vətən sevdalısı-VASİF RAFAİL OĞLU MƏMMƏDOV… – FOTOLAR

Bu gün daha bir Şəhidimizin evini, ocağını, ailəsini ziyarət etdim…

Əslən Ağdamlı olan, ancaq Mingəçevirdə yaşayan, yaşamış İkinci Vətən Müharibəsi Şəhidi, Vətəni, Qarabağı yolunda canından keçmiş Vasif Rafail oğlu Məmmədovun evini, ailəsini…

Vasif 2001-ci ilin mayın 1-də sadə, zəhmətkeş Məmmədovlar ailəsində dünyaya gəlib…

2007-2018-ci illərdə orta məktəbdə oxuyub…

Məktəbi əla qiymətlərlə oxusa da, bitirsə də, ancaq ali təhsil almaq arzusuna qovuşa bilməyib…

18 yaşının tamamından az sonra, 2019-cu ilin yayında hərbi xidmətə yollanıb, Cəlilabad rayonda hərbi hissələrdən birində qulluğa başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən, ilk saniyəsindən də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri, kəşfiyyatçısı kimi döyüşlərdə iştirak edib…

Şərəfli döyüş yolu da 10 gün çəkib…

Kəlbəcər, Murov, Cəbrayıl, Füzuli, Hadrut Xocavənd istiqamətlərində döyüşüb…

Və oktyabr ayının 6-da Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Qeyd edim ki, Vasif axırıncı dəfə ailəsi ilə oktyabrın 3-də danışıb, həmin gündən Şəhidliyinə qədər ailəsi onunla əlaqə saxlaya bilməyib…

Və nəşi bir gün sonra, oktyabrın 7-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 4 medalla medalla təltif olunub…

Evin, ailənin 3 övladından biri olan Vasif həm də subay olub

***

Bəli, yuxarıda da qeyd etdiyim kimi, bu gün günorta saatlarında Şəhidimizin evini, ailəsini, atasını ziyarət etdim…

Bir xeyli müddətdir tanıdığım, hətta yol yoldaşı olduğum atası Rafail kişiyə bir daha başsağlığı verdim, bir daha ona, ailəsinə Allahdan səbr dilədim, “Şəhidimizin, Vasif balamızın məkanı cənnətlik, ruhu şad olsun. Ruhu qarşısında baş əyirəm!”-dedim…

Bir xeyli söhbətləşdim, dərdləşdim Dərdli, Qürurlu, Dik duruşlu Şəhid atası ilə…

Məqamı Uca, dərgahı mübarək olsun, cəmi 19 yaşında Vətəni, Qarabağı yolunda canını fəda etmiş Şəhidimizin, Şəhid balamızın!

Məzarında rahat uyusun, Nur içində yatsın, Nur üzlü, Vətən sevdalısı Şəhidimiz!

Allah anasına, atasına, bacısı və qardaşına səbr və dözüm versin!

Xatirəsi daim qəbimizdə, qəlblərdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

10.12.201, Mingəçevir

Etikxeber.az

Read Previous

Daha 1109 yeni yoluxma-DAHA 17 ÖLÜM…

Read Next

Daha bir Əsgərimizi-İTİRDİK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir