19 yaşının tamamında, Cənnətdəki ilk ad günündə-ŞƏHİD ELMİN ƏLİZADƏNİN MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Mingəçevirli (əslən Ağdamlı) Şəhid, ailənin iki övladından biri, tək oğul, 8 ayın Əsgəri Elmin Samir oğlu Əlizadənin 19 yaşının tamam olması, Cənnətdəki ilk ad günü ilə bağlı Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 2003-cü ilin martın 18-də anadan olan və 2021-ci ilin noyabr ayının 16-da Laçın istiqamətində Şəhidlik məqamına ucalan Elmin Əlizadənin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirli Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin “QRES” qəsəbəsindəki ev-muzeyi ilə tanışlıq olub.

Daha sonra “Tural” şadlıq sarayında Şəhidin Cənnətdəki ilk ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni, məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, çıxışlar edilib.

Şəhidin valideynləri ziyarət və mərasim iştirakçılarına onları belə bir gündə tək buraxmadıqları üçün minnətdarlıqlarını bildiriblər.

Çıxışlarda Elmin Əlizadə də daxil olmaqla, cəmi Şəhidlərin Qəhrəmanlığı və İgidliyindən bəhs olunub.

Etikxeber.az ziyarət və mərasimdən fotoları təqdim edəcək.

13:04

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ANALAR, ATALAR…YANAR AĞLAR…

16:04

***

CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…ŞƏHİDLƏRİN XATİRƏSİNİN SÜKUTLA ANILMASI, DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…ŞƏHİD AİLƏLƏRİ, QAZİLƏR, VƏTƏN SEVDALILARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 112 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Read Next

24 yaşı tamam olan Şəhid Ərəstun Xıdırovun Cənnətdəki ikinci ad günü: MƏZARI BAŞINDA VƏ MÖVLUDUNDA DUYĞULU ANLAR YAŞANDI…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir