Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ayrı-ayrı vaxtlarda Heydər Əliyevə qarşı çox haqsızlıqlar edilib. Lakin zaman hər şeyi öz yerinə qoyub. Heydər Əliyev isə həmişə haqqın və ədalətin yanında olub. Ona görə də, Heydər Əliyev elə möhtəşəm tarixdir ki, onu dəyişdirmək imkan xaricindədir.
Etikxeber.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi Əli Əhmədov deyib.

“1993-cü ilin fevral ayında Heydər Əliyev Naxçıvandan Bakıya gəlmişdi. Yeni Azərbaycan Partiyasının üzvləri ilə görüşdə iştirakçılardan biri çıxışında o zamankı Prezident Əbülfəz Elçibəyin şəxsiyyəti haqqında kəskin ifadələr işlətdi. Heydər Əliyev dərhal onu dayandırıb, “Əbülfəz Elçibəy Azərbaycanın prezidentidir. Sənə də, digərlərinə də dövlətimizin başçısının şəxsiyyəti haqqında kəskin ifadələr işlətməyi məsləhət görmürəm. Biz onun yeritdiyi siyasəti tənqid edirik, lakin şəxsiyyətinə hörmətlə yanaşmaq lazımdır” dedi. Bu epizod Heydər Əliyevin həm insan, həm siyasətçi, həm də dövlət xadimi kimi böyüklüyünü təsdiq edən yüzlərlə faktlardan yalnız biridir. Ona görə Heydər Əliyev unudulmur və unudulmayacaq…”-deyə, o, əlavə edib.
Etikxeber.az