1994-cü ildə, 26 yaşında Füzuli istiqamətində Şəhidlik məqamına ucalan-KÜRDƏMİRLİ YAŞAR SEYİDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 29 il KEÇDİ – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün Kürdəmir rayonunun Birinci Qarabağ Savaşı Şəhidlərindən olan Yaşar Həkim oğlu Seyidovun Əbədiyyətə uğurlanmasının 29-cu ili, Anım Günü ilə bağlı mərasim düzənlənib.

Etikxeber.az-ın xəbərinə görə, mərasimdən öncə Şəhidin Kürdəmir rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra qısa çıxışlar edilib, ailəsinə, anasına Allahdan səbr və dözüm arzulanıb, cəmi 26 yaşında Vətən yolunda canını fəda edən Yaşar Seyidovun İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Sonra Şəhidin ata ocağında Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Qeyd edək ki, ailənin 5 övladından biri olan Yaşar Seyidov 1968-ci ilin aprelin 25-də Kürdəmir rayonunda dünyaya gəlib.

Orta məktəbi bitirdikdən sonra-1986-cı ildə, keçmiş sovetlər dönəmində-Amur vilayətinə hərbi xidmətə yollanıb və 1988-ci ildə xidmətini yerinə yetirib Azərbaycana, Kürdəmirə, ailəsinə dönüb.

Hərbi xidmətini başa vurandan sonra Kürdəmirdə-Peşə Məktəbində oxuyub, qaynaqçı ixtisasına yiyələnib və və bir müddət Kürdəmirdəki “Neftbaza”da qaynaqçı işləyib.

1993-cü ilin payızında-Birinci Qarabağ Savaşı zamanı könüllü şəkildə Ordu sıralarına yazılan, Vətənin müdafiəsinə qalxan Yusif Seyidov cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.

Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində, 1994-cü ilin yanvar ayında ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Şəhidliyi xəbəri isə ailəsinə yanvarın 24-də verilib və nəşi Füzuli rayonundan Kürdəmirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Kürdəmirdə Yaşar Seyidovun adını daşıyan küçə var.

Onu da qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Bərdə, Kürdəmir, Qəbələ və Ağsu rayonundan olan Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

19:30

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali təhsilli, peşəkar hərbçi, Baş leytenant, Qərargah rəisi, “Azərbaycan Bayrağı” ordenli-ŞƏHİD RAMIQ MİKAYILOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜ: 30 YAŞININ TAMAMINDA SABUNCU GƏNCLƏR EVİNDƏ TƏDBİR KEÇİRİLDİ, KEÇDİYİ ŞƏRƏFLİ HƏYAT VƏ DÖYÜŞ YOLUNDAN DANIŞILDI… – FOTOLAR – YENİLƏNİB

Read Next

Daha 42 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir