1998-ci ilin seçkiləri – HEYDƏR ƏLİYEV, ETİBAR HÜSƏNLİ, NİZAMİ SÜLEYMANOV, XANHÜSEYN KAZIMLI VƏ…

1998-ci il oktyabrın 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçirilib.

Etikxeber.az xəbər verir ki,  1998-ci ilin prezidenti seçkiləri – Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir.

Seçkilərdə 3,358,465 seçici iştirak edib.

Seçkilərdə dövlət başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi mərhum  Heydər Əliyev səslərin 77.6%-ini (2,556,059 səs) toplayaraq qələbə qazanıb, ikinci dəfə prezident seçilib,  növbəti 5 il üçün prezident səlahiyyətlərinin icrasına başlayıb.

heydarrrrr-111

Seçkilərdə ikinci yeri AMİP-in sabiq sədri Etibar Məmmədov (Hüsənli), üçüncü yeri akademik, Müstəqil Azərbaycan Partiyasının (MAP) sədri mərhum Nizami Süleymanov, dördüncü yeri Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarından birinin rəhbəri Firudin Həsənov, beşinci yeri “Qeyrət” Partiyasının sədri  mərhum Əşrəf Mehdiyev və altıncı-sonuncu yeri professor, millət vəkili, Sosial Rifah Partiyasının (ASRP) sədri Xanhüseyn Kazımlı tutub.

Qeyd edək ki, o vaxt H. Əliyevin müraciətinə rəğmən “Beşlər” formatında birləşən liderlər – sabiq prezident, AXCP sədri mərhum Əbülfəz Elçibəy, “Müsavat”ın eks başqanı, sabiq spiker İsa Qəmbər, Liberal Partiyasının (ALP) sədri, eks dövlət katibi Lalə Şövkət, o cümlədən, həmin vaxt ADP-nin həmsədrləri olan İlyas İsmayılovla Rəsul Quliyev seçkilərə qatılmamışdılar.

Namizəd Partiya Səslər %
Heydər Əliyev Yeni Azərbaycan Partiyası 2,556,059 77.8%
Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyası 389,662 11.8%
Nizami Süleymanov Müstəqil Azərbaycan Partiyası 270,709 8.2%
Firudin Həsənov Azərbaycan Kommunist Partiyası 29,244 0.9%
Əşrəf Mehdiyev Qeyrət Partiyası 28,809 0.9%
Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyası 8,254 0.3%
Heç bir namizədə səs verməyənlər 10,910 0.3%
Qeydə alınmayan səslər 64,818
Ümumi 3,358,465 100%

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycan “Barış pınarı”na dəstək verdi – XİN BƏYANAT YAYDI

Read Next

Rəşad Tağıyev – QƏBUL KEÇİRDİ, VƏTƏNDAŞLARI QƏBUL ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir