“2-3 oğlu olan ailələr var ki, ev, mənzil şəraiti olmadığına görə, övladları ailə həyatı qura bilmirlər…”-DEPUTAT YENİDƏN BƏLƏDİYYƏLƏRƏ ÇAĞIRIŞ ETDİ

Bugünlərdə parlamentdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi təqdim olundu. Mən də müzakirələr zamanı söz alıb, çıxış etdim, fikirlərimi bildirdim. Bir daha da qeyd etmək istəyirəm ki, məruzədə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəmiz, dinc insanlara qarşı erməni cinayətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması haqqında və pandemiyaya qarşı mübarizədə əldə olunmuş uğurlara yer verilməsini müsbət hal hesab edirəm. Çünki 2020-ci ildə ölkəmiz sınaqlar qarşısında oldu və bütün sınaqlardan layiqincə, üzü ağ çıxdı. Ona görə də bu məsələləri hər bir tədbirdə önə çəkməliyik.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Bildirib ki, Ədliyyə Nazirliyinin bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara yardım göstərmək vəzifəsi qanunla təsbit olunub.

Bu baxımdan, “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və metodoliji yardım haqqında Təlimat”ın hazırlanmasını müsbət hal hesab edir.

Amma bələdiyyələrə fəaliyyətinin təşkilinə Ədliyyə Nazirliyi tərəfindən daha yaxından kömək göstərilməsini də vacib sayır.

“Bələdiyyələrin cəmiyyət arasında nüfuzunun artması üçün bu orqanın şəffaf fəaliyyəti vacib məsələdir. Şəffaf fəaliyyətin güzgüsü hesabatlardır. Çünki bələdiyyələr öz fəaliyyətlərini yığdıqları vergilərlə yaradılan maliyyə əsasları ilə həyata keçiirir. Vergilərə gələndə vətəndaş düşünür ki, bələdiyyə mənim üçün nə iş görür ki, vergisini ödəməliyəm. Bələdiyyə də deyir ki, vətəndaş vergilərini ödəməlidir ki, hər hansı bir işi görə bilsin. Bu məsələlərə aydınlıq gətirilməsi üçün qanunda bələdiyyələrin seçiciləri qarşısında hesabatları nəzərdə tutulmuşdur. Amma çox təəssüf ki, bir çox bələdiyyələrdə bu hesabatlar formal xarakter daşıyır və bu da sakinlərin bələdiyyələrdən narazı olamasına gətirib çıxardır.

Çıxışımda da dediyim kimi, təklif edirəm ki, Ədliyyə Nazirliyinin müvafiq regional idarələrin nümayəndələri heç olmasa, şəhər bələdiyyələrin hesabat iclaslarında iştirak etsinlər. Belə olarsa, bələdiyyələr hesabat iclaslarına məsuliyyətlə yanaşar, öz seçiciləri qarşısında məsuliyyəti artar və seçicilərini ödədikləri vergilərin hansı istiqamətlərə xərcləndiyini məlumatlandırmaqla şəffalıq təmin olunmuş olar.

Həmçinin, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 9.1-ci maddəsində qeyd olunur ki, bələdiyyəninn ərazisində daimi yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşların mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edə bilər.

Bizə daxil olan çoxsaylı vətəndaş müraciətlərində fərdi evin tikilməsi üçün bələdiyyələrdən torpaq ala bilməmələri və onlara kömək göstərilməsi xahiş olunur. Elə ailələr var ki, 2-3 ailə bir evdə yaşayırlar və ya 2-3 oğlu olan ailələr də var ki, ev, mənzil şəraiti olmadığına görə, ailə həyatı qura bilmirlər. Belə müraciətləri biz bələdiyyənin üstünə ünvanlayırıq ki, torpaq sahəsini ayırıb kömək göstərsinlər. Bələdiyyə də deyir ki, vətəndaşın ərizəsini qeydiyyata götürürük və bələdiyyədə torpaq fondu yarananda təmin edəcəyik.

Bələdiyyə imkanı olmayan insanı ərzəsini qeydiyyata alırıq deyə yola verir, amma qanunla ikinci dərəcəli hesab olunan auksion qaydası ilə hardansa torpağı tapıb satışını edir. Vətəndaş belə ayrı seçkiliyi görərək narazılığını bildirir. Yəni, bələdiyyə özü üçün hansı variant sərf edirsə, on uda edir. Vətəndaşın istəyi isə öz həllini tapmır. Ədliyyə Nazirliyinin müvafiq orqanından inzibati nəzarəti həyata keçirən zaman belə müraciətlərin qeydiyyatını və təmin olunmasını müvafiq qanuna uyğun həyata keçirmələrinə diqqət yetirmələrini təklif edirəm. Yenə qeyd etmək istəyirəm ki, birinci növbədə bələdiyyə, öz ərazisində yaşayan vətəndaşların müraciətlərini təmin etməlidir…“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Sağ böyrəyi kəsilib götürülən, ciyəri əməliyyat olunan, onurğa və çanaq sümüyü sınan…və ruhdan düşməyən 3 MEDALLI İGİDİMİZ-QAZİ SEYMUR RAFİQ OĞLU MƏMMƏDOV! – FOTOLAR

Read Next

FHN-dən hava şəraiti ilə bağlı əhaliyə-MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir