2 oktyabr 2020-ci il Şəhidləri- Mayor Elşad Həsənov, Kapitan Vüqar Nəcəfov, Baş leytenant Həsənağa Abdullazadə, Əsgər Vüqar Babayev…ANIM GÜNLƏRİNDƏ İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA MƏZARLARI ZİYARƏT OLUNDU, DUALAR EDİLDİ, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün-2 oktyabr 2024-cü il tarixində İkinci Vətən Müharibəsi Şəhidlərindən Mayor Elşad Həsənovun, Kapitan Vüqar Nəcəfovun, Baş leytenant Həsənağa Abdullazadənin və Azərbaycan Ordusunun Əsgəri Vüqar Babayevin Anım Günlərində, Şəhadətə ucaldıqları gündə İkinci Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Hər dörd Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Şəhidlərin ruhlarına dualar edilib, hər birinin məzarı üzərində “Quran” oxunub.

Adları çəkilən-Anım Günləri olan Şəhidlərin ailə üzvlərinə, valideynlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb, Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu vurğulanıb.

Şəhidlərin məzarlarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanındakı Mərasim evində Anım mərasimləri keçirilib, adlarına çay-ehsan süfrələri açılıb, bir daha ruhlarına dualar edilib.

Şəhidlərlə bağlı videoçarxlar nümayiş etdirilib.

Şəhidlərin İgidlikləri və Qəhrəmanlıqlarından söz açılıb, Vətənpərvərlikləri və Vətən naminə fədakarlıqlarından bəhs olunub.

Qeyd edək ki, Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, məktəblilər, millət vəkili Vüqar Rəhimzadə, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Qərbi Azərbaycanlı olan Elşad Paşa oğlu Həsənov 1981-ci ilin 13 iyul tarixində Göycə mahalının Babacan kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri olub..

Qardaşı Elnur hazırda ailəlidir…

Anası Nuridə xanım isə illər öncə dünyasını dəyişib…

1988-ci ildə Qərbi Azərbaycandan-indiki Ermənistandan deportasiya olunduqdan sonra Azərbaycana, Sumqayıta pənab gətiriblər…

Sumqayıt şəhər 12 saylı tam orta məktəbə gedib, sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirib, Leytenant rütbəsinə layiq görülüb…

Sonra Mayor rütbəsinəcən yüksəlib…

23 ilin peşəkar hərbçisi olan Elşad Həsənov 2020-ci ilin 27 sentyabr tarixində başlayan İkinci Vətən Müharibəsinə qatılıb və döyüş yolu 5 gün çəkib…

2 oktyabr tarixində Kəlbəcər istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşini uzun müddət sonra əldə etmək mümkün olmayıb16 dekabr 2020-ci il tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən öncə, istərsə Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

39 yaşlı Elşad Həsənov həm də ailəli olub…

İki övladı-Xəzər Universitetinin ikinci kurs tələbəsi Aysunu və beşinci sinif şagirdi olan Səidi ailəsinə, Vətəninə əmanət qalıb…

***

Kapitan Vüqar Aydın oğlu Nəcəfov 1988-ci ilin avqust ayının 10-da Ordubad rayonunun Dırnıs kəndində anadan olub…

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı idi…

Uşaqlıqdan hərb sənətinə həvəsi olan Vüqar Həsənov 2006-2010-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali-hərbi təhsil alıb, Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb…

Sonra Kapitan rütbəsinəcən yüksəlib…

Ailəli idi…

Bir oğlu-Aydını və bir qızı-İncisi yadigar, Vətənə əmanət qalıb…

10 ilin peşəkar hərbçisi olan Vüqar Həsənov İkinci Vətən Müharibəsi zamanı, oktyabr ayının 1-dən 2-nə keçən gecə Cəbrayıl rayonunun Nüzgar kəndində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb…

Nəşi 2 oktyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub…

***

Əslən Lənkəranlı, özü isə Bakılı, Yeni Günəşli qəsəbəsindən olan Vüqar İlham oğlu Babayev isə 2001-ci ilin iyul ayının 4-də dünyaya göz açıb…

Ailənin iki oğlan övladından biri olub…

Qardaşı İlqar Babayev hazırda subaydır…

2007-2018-ci illərdə orta məktəbdə oxuyub…

18 yaşını tamamladıqdan sonra isə Əsgərliyə, həqiqi hərbi xidmətə yollanıb…

Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb və Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhadətə ucalıb…

Oktyabrın 2-də İkinci Şəhidlər Xiyabanında dəfn olunub…

19 yaşlı Şəhidimiz həm də subay olub…

Şəhidliyindən sonra medallarla təltif olunub…

Məkanları cənnətlik, ruhları şad olsun!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

23 İLİN PEŞƏKAR HƏRBÇİSİ ELŞAD…

***

TƏK OĞUL VƏ İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN VÜQAR…

***

CƏMİ 19 YAŞLI VÜQAR…

***

TƏK ÖVLAD HƏSƏNAĞA…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 2 oktyabr Şəhidləri-Həsənağa Abdullazadə, Rəşad Mirzəli, Rəvan Məlikov…-SABAH ANIM GÜNLƏRİDİR…

Read Next

Bir neçə qohumu İkinci Vətən Müharibəsi Şəhidi olan-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ İBRAHİM SADIQLININ SABAH ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir