20 gün öncə və 20 gün sonra: KÖNHƏ HAMAM, KÖNHƏ TAS…QAZİ MƏLİK MƏLİKOVUN AİLƏSİNİN DURUMU, ÖMÜR ÇÜRÜTDÜKLƏRİ “EV”İN VƏZİYYƏTİ OLDUĞU KİMİ QALMAQDA, KİMSƏNİ NARAHAT ETMƏMƏKDƏDİR…SÖZÜN BİTDİYİ YER!!! – FOTOLAR – YENİLƏNİB

Bu gün, 15 avqust 2022-cil tarixində yenidən Cənub bölgəsində, Astara rayonunda, Səlivə kəndində, İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qazilərindən olan ailənin 3 övladından biri, subay, 26 yaşlı, 3 medallı Məlik Nəhmət oğlu Məlikovgildə olduq…

Bu dəfə Qazimizin ailəsini ziyarətə Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Abduləlimovun valideynləri-“Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova və Faiq Abduləlimovla birlikdə getmişdik…

Bu yerdə xatırladım ki, Qazimizin evində, ocağında düz 19 gün öncə olmuş, özünü, ailəsini ziyarət etmiş, ailəsinin yaşadığı “ev”in halından, durumundan şok vəziyyətinə düşmüşdük…

Çünki illərdir ki, Qazimizin ailəsi ev adına daxmada yaşayırmış və hazırda da yaşamaqda davam etməkdədir…

Ona hətta daxma belə demək mümkün deyil…

Və həm Qazimizin özünün durumu, səhhəti, üzləşdiyi haqsızlıqlarla, həm də ailəsinin yaşayışı, yaşadığı “ev”in vəziyyəti ilə bağlı sosial şəbəkə hesablarımda paylaşımlar etmiş, Etikxeber.az-da sərt tənqidi yazmışdım…

Və belə demək mümkünsə, həm günün və günlərin gündəm mövzusuna çevrilmişdi Qazimiz və onun ailəsinin yaşayışı, yaşadlğı “ev”…

Ancaq çox təəssüflər və əfsuslar olsun ki, çeşidli səbəblər, bəhanələr gətirilsə də, istər Səlivə kənd rəhbərliyi, istərsə Astara rayon İcra Hakimiyyəti Qazinin və ailəsinin yaşayışı, yaşadığı “ev”in vəziyyəti ilə bağlı ötən günlər ərzində heç bir addım atmayıb…

Necə deyərlər, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ya köhnə hamam, köhnə tas…

Qazinin, ailəsinin vəziyyəti müharibədən öncə və müharibədən sonra necə görməzdən gəlinibsə, iyulunun 19-dan sonra da görməzdən gəlinməkdədir…

Sanki belə də olmalıymış, belə də olmalıdır…

Sanki nə belə bir Qazi və ailəsi var, nə də onların insanı dəhşətə gətirəcək, şoka salacaq durumu ortadır…

Hər şey güllük-gülüstanlıqdır…

Sözün də, kəlmələrin də bitdiyi, tükəndiyi yer…

Biganəliyin, laqeydliyin, saymazyanalığın, məsuliyyətsizliyin, bürokratiyanın… pik nöqtəsi və növbəti əyani nümayişi…

***

Qazimiz özü səhhəti ilə əlaqədar Səlivədə olmasa da, ailə üzvləri, sadə, zəhmətkeş, abrına-həyasına qısılmış valideynləri ilə görüşdük…

Şəhidimizin valideynləri də gördüklərindən bir daha dəhşətə gəldilər, bir daha şok yaşadılar…

Çox təəssüfləndilər, narahatlıqlarını, təəssüflərini dilə gətirdilər…

Qazimizin valideynləri ilə söhbətləşdilər, dərdləşdilər…

Bildirdilər ki, Qazinin və ailəsinin durumu, yaşayışı ilə bağlı aidiyyatı qurumlar və şəxslərlə əlaqə saxlayıb, bu acınacaqlı vəziyyətin aradan qaldırılması üçün əllərindən gələn köməkliyi əsirgəməyəcəklər…

Eyni zamanda, Şəhidimizin anası Tünzalə xanım rəhbəri olduğu “Vətən Naminə” təşkilatının imkanları daxilində ailəyə maddi dəstəyini göstərdi, bir daha Qazimizin, ailəsinin yanında olduğunu, olacağını, mənəvi dəstəyini əsirgəməyəcəyini bildirdi…

Bununla yanaşı, bir daha məlum vəziyyətin, biabırçı, içlər acısı durumun aradan qaldırılacağına ümid etdiyini, inanmaq istədiyini bildirdi…

Bəli, dəfələrlə qeyd etdiyimiz kimi, ümid ən sonda ölür deyirlər…

Yaşayacağıq, görəcəyik!

12:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 518 yeni-YOLUXMA…

Read Next

Elməddin Anar oğlu Məmmədli: AİLƏNİN 4 ÖVLADINDAN BİRİ, NƏŞİ 21 GÜNDƏN SONRA DƏFN EDİLƏN 3 MEDALLI ŞƏHİDİMİZ…LƏNKƏRANLI VƏ QUBALI ŞƏHİD AİLƏLƏRİ ŞƏHİDİN-ELMƏDDİNİN OCAĞINDA BİR ARAYA GƏLDİLƏR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir