20 ilin peşəkar və qüsursuz hərbçisi, Baş gizir, 3 övladı Vətənə əmanət qalan, 42 yaşı tamam, Cənnətdəki dördüncü doğum günü olan-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NAHİD MİKAYILOV…

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nahid Soqat oğlu Hüseynovun doğum günüdür.

Nahid Mikayılovun bu gün 42 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nahid Mikayılov 1982-ci ilin aprel ayının 25-də Kürdəmirin Şilyan kəndində sadə bir ailədə dünyaya gəlib.

Ailədə bir neçə övlad olublar.

Orta məktəbi bitirdikdən sonra həyatını Ordu, hərb ilə bağlayıb.

20 ilin peşəkar və Qüsursuz hərbçisi, Azərbaycan Ordusunun Baş giziri olub.

Həm Aprel döyüşlərində, həm də İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı Ağdam istiqamətində döyüşlərdən birində, oktyabrın 30-da ağır yaralanıb, hospitlada əməliyyat olunsa da, Onun həyatını xilas etmək, qurtarmaq mümkün olmayıb.

38 yaşında Şəhadətə qovuşub və nəşi bir gün sonra-oktyabrın 31-də Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailəsi, həyat yoldaşı Jalə Mikayılova isə Nahid Mikayılovun həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Nahid Mikayılov həm də ailəli, 3 övlad atası olub.

 3 övladı-Nihad, Nicat və adını daşıyan 3 yaşlı Nahid Vətənə əmanət qalıb.

Qeyd edək ki, kiçik oğlunun adı əslində Rinat olub, ancaq həyat yoldaşı Jalə xanım Nahid Mikayılovun Şəhidliyindən sonra onun adını dəyişdirib və Nahid etdirib.

Kürdəmirdə adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər-BİRGƏ MƏLUMAT

Read Next

Əliyevlə Jarapov-FÜZULİ VƏ AĞDAMDA – PREZİDENTLƏR BİRGƏ NAHAR ETDİLƏR – FOTOLAR – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir