20 ilin qüsursuz hərbçisi olan həyat yoldaşını itirmiş və qardaşını Şəhid vermiş-BİR AZƏRBAYCAN XANIMI NƏYƏ GÖRƏ İKİ ÖVLADI İLƏ KİRAYƏDƏ YAŞAMAQDA DAVAM ETMƏLDİR? ONLARLA NİYƏ MARAQLANAN YOXDUR?

Rəşad Fazil oğlu Allahverdiyev…

20 ilin peşəkar və qüsursuz hərbçisi…

Vətən sevdalısı olan bir Azərbaycan övladı…

İki övlad, iki azyaşlı oğul atası…

Rəşad 2020-ci ilin aprel ayının 25-də çox vaxtsız-qəflətən və ürəktutmasından dünyasını dəyişib…

Özü də iş başında, xidmət zamanı…

Rəşad Qəhrəman Goranboy rayonundandır…

1979-cu ilin 16 fevral tarixində sadə bir ailədə dünyaya gəlib…

Orta məktəbi qurtardıqdan sonra Əsgərliyə, hərbi xidmətə yollanıb…

Və sonra həyatını hərblə, ordu ilə bağlayıb…

Düz 20 il Vətəninə, dövlətinə bir hərbçi, bir övlad kimi şərəflə, ləyaqətlə xidmət edib…

Azərbaycanın müxtəlif bölgələrində yerləşən hərbi hissələrdə fəaliyyət göstərib…

2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarından olub…

Ailəsi də daim onunla birgə olub, hara gedibsə, özü ilə aparıb və dünyasını dəyişdiyi günə qədər də kirayələrdə yaşayıb…

Dünyasını dəyişməsindən bir il yarımdan çox vaxt keçsə də, ailəsi, cavan həyat yoldaşı və iki övladı hələ də kirayədə yaşamaqdadır…

Ailəsi, həyat yoldaşı həm də Şəhid ailəsidir…

Belə ki, həyat yoldaşının qardaşı, qayını-Fariz Şıxalıyev İkinci Vətən Müharibəsinin Qəhrəmanlıq Dastanı yazan İgidlərindən, Nur üzlü Şəhidlərindəndir…

Bir neçə medalla və Zəfər Günündən öncə isə ordenlə təltif olunub…

Rəşad özü də 20 il ərzində bir neçə medalla təltif edilib…

Amma və lakin…

Çox təəssüflər olsun ki, ötən müddətdə ailəsi ilə kimsə maraqlanmayıb…

Maraqlanmaq bir yana qalsın, heç dəfn pulu belə verilməyib…

Sadəcə, biabırçılıq və rəzillik!

Qeyd etdiyimiz kimi, Rəşadın ailəsi hələ də kirayədə yaşamaqdadır, ancaq onlara nə kirayə pulunu ödəməkdə kömək edən var, nə də evlə təmin edən var…

Rəşadın həyat yoldaşı, həm də Şəhid bacısı isə bu laqeydlik və biganəliklə heç çür razılaşa bilmir…

Bildirir ki, 20 ilin qüsursuz hərbçisi kimi həyat yoldaşının Haqqı tanınmalı, ailəsi, övladları evlə təmin olunmalıdır…

Bəli, tam haqlı və əsaslıdır.

Həm cavan həyat yoldaşını itirmiş, həm də qardaşını Şəhid vermiş bir Azərbaycan xanımına və onun iki övladına əl tutulmalı, onlara dəstək göstərilməli, dövlətin verdiyi imtiyazlardan istifadə etmələri üçün onlara da şərait yaradılmalı və ən əsası ev, mənzil problemi həll olunmalıdır.

Bəli, artıq söz yox, konkret addım zamanıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 2233 yeni yoluxma-DAHA 28 ÖLÜM…

Read Next

Milli Məclisin növbəti iclasları-NOYABRIN 23-Ü VƏ 24-DƏ KEÇİRİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir