“20 Yanvar xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir” – ELDƏNİZ SƏLİMOV

“20 Yanvar  xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir, qəhrəmanlıq səlnaməsidir. 2o Yanvar həmçinin xalqımızın 20-ci əsrin sonlarındakı milli-azadlıq hərəkatının ən mühüm səhifələrindən biridir. Bugünkü müstəqilliyimizə görə, bəlkə də ən çox 20 Yanvar şəhidlərimizə borcluyuq”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir, hadisənin üzərindən artıq 27 il keçməsinə baxmayaraq, SSRİ ordusunun azərbaycanlılara qarşı törətdiyi bu qırğınla bağlı respublikada və ölkədən kənarda geniş tədbirlər, müxtəlif aksiyalar keçirilir

“Onu da qeyd etmək istəyirəm ki,  Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nın təsdiq edilməsi haqqında imzaladığı sərəncamda respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub və bu istiqamətdə də addımlar atılır.

Bu, bütövlükdə, böyük əhəmiyyət kəsb edir. Belə bir məşhur ifadə var: tarixini bilməyənlər onu yenidən yaşamağa məhkumdurlar. Azərbaycan tarixinin şanlıq qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsi ilə bağlı gerçəkliklərin ölkə və dünya ictimaiyyətinə çatdırılması tarixi reallıqların dərk edilməsi və ondan nəticə çıxarılması baxımından böyük önəm kəsb edir. Onu da qeyd edim ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı ölkədə həyata keçirilən siyasətin mühüm tərkib hissəsini təşkil edir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə bilavasitə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında mühüm layihələr həyata keçirilib…”-deyə, E. Səlimov daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Heydər Əliyev bizi sakitləşdirdi, dedi ki, dəyməyin, işiniz olmasın…” – ƏLİ HƏSƏNOV

Read Next

Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu İpək Yolunun bərpasına xidmət edir – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir