20 yaşlı, 3 medallı, tək övlad-ŞƏHİD RAMAL MƏMMƏDOVUN MƏZARININ ZİYARƏTİ VƏ ANIMI MƏRASİMİ…-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Evin-ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən 20 yaşlı, 3 medallı İkinci Vətən Müharibəsi Şəhidi Ramal Məmmədovun bu gün Vətən torpaqları uğrunda Şəhidliyindən, torpağa tapşırılmasından 1 il keçir.

Etikxeber.az xəbər verir ki, 2000-ci il və Gəncə doğumlu olan Ramal Məmmədov İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib və oktyabrın 1-də Füzuli istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunub.

Bu gün Şəhidliyinin bir il ilə bağlı Lökbatan Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Sonra isə Qobustan qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayında izdihamlı anım mərasimi keçirilib və mərasim 3 saatdan çox davam edib.

Nur içində yatsın!

Etikxeber.az ziyarətdən və anım mərasimindən fotoları təqdim edir:

Şəhidin məzarını-ZİYARƏT…

Daşa, məzara dönən-ANA…

Şəhid anaları-ŞƏHİD ANALAR… QƏHRƏMAN OĞULLAR…

Hər zaman Ucalarda dalğalan-dalğalanan-BAYRAĞIM…

Şəhidimizin Qobustan qəsəbəsində yerləşən “Qobustan” şadlıq sarayındakı-ANIM MƏRASİMİ…

Şəhid Daşqın Şıxəliyevin Nur simalı-ANASI VƏ QARDAŞI…

QAZİLƏRİMİZ…

Ramalın adını daşıyan balaca Ramal… Xalası nəvəsi, xalası oğlu, 3 medallı,İkinci Vətən Müharibəsi iştirakçısı-VÜSAL KAZIMOVUN BALASI… ADAŞI, ADINI DAŞIDIĞI RAMALIN TORPAĞI SANI YAŞASIN!

15:42

***

Ramalın xalası, adaşı-adını daşıyan Ramalın atası, xalası oğlu və-SİNİF YOLDAŞLARI…

16:42

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxmada azalma-689 nəfər – DAHA ÖLÜM…

Read Next

Şəhid xalası oğlunun adını övladına qoydu…3 medallı, 1 övlad atası-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İGİDLƏRİNDƏN OLAN VÜSAL KAZIMOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir