200 manatadək maaş alan şəxsdən 25 faiz sosial sığorta tutulacaq – DƏYİŞİKLİK(LƏR)

“Sosial sığorta haqqında” qanuna ciddi dəyişikliklər nəzərdə tutulur.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, “Sosial sığorta haqqında” qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

Qanuna eyni zamanda sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə qrafikə də əlavələr edilib.

Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığorta edən tərərfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 fazini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək.Qanuna eyni zamanda, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur.

Sahibkarlıq fəaliyyəti üzrə- minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; -mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; -xüsusi notariuslar üzrə -minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; -müəlliflik qonararı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla– hesablanmış qonarar məbləğinin 15 faizi miqdarında; -Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar. Sərbəst mühasiblər-gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək.

Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bundan sonra sahibkarların qapısını cəmi bir əl döyəcək… – HADİ RƏCƏBLİ

Read Next

Bəlkə mafiyalardan qorxuruq? – DEPUTAT ÇOX SƏRT DANIŞDI VƏ DƏSTƏK QAZANDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir