Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bir az öncə youtube kanalında Gültəkin xanımın müsahibəsini dinlədim…Və düz 11 il öncəyə qayıtdım…
Gültəkin xanım bir çox məsələlərdən, başına gələnlərdən və gətirilənlərdən danışırdı…O cümlədən, Emin Milli və Adnan Hacızadənin həbsi məsələsindən…
O vaxt hər iki həbs, xüsusilə də, Adnanın həbsi əksəriyyətdə narazılıq yaratmışdı…Mən də həmin həbslərə qarşıydım bir insan- müstəqil qələm əhli kimi-ən azı gənc və savadlı olduqlarına görə…
Bir gün, səhv etmirəmsə, 2009-cu ilin payızı idi…
“Domsovet”də bir millət vəkilinin tədbirində, sənədli filmin təqdimatındaydım…Gördüm ki, telefonuma zəng gəlir, baxdım ki, Gültəkin xanımdır və təqdimat zalından çıxıb telefona cavab verdim…

Gültəkin xanım əsəbi və həyəcanlı idi…Dedi ki, “Kamil, bəs Ramiz Mehdiyev zəng edib, xəbər göndərib ki, Emin Milli və Adnan Hacızadə ilə bağlı yazı var, həmin yazının altına imzanı qoymalısan və mətbuatda getməlidir…Mən isə qəti etirazımı bildirdim, dedim ki, bunu edə bilmərəm…”
Sonra Gültəkin xanım dedi ki, “mənim də övladım var, mən də övlad anasıyam, qarğış, ah-nalə yiyəsi ola bilmərəm, özümü iki gəncin anasının yerinə qoyuram və bu haqsızlığa gedə bilmərəm…Ona görə iki sualdan ibarət qısa bir müsahibə hazırlayacam, onu başqa bir agentliyə də ( o vaxtlar saytlar-filan yeni yaranırdı, sosial şəbəkələr yox səviyyəsində idi…), sənə də göndərəcəyəm, onu mümkünsə, işlədiyin qəzetdə ver…”

Dedim ki, oldu, gözləyəcəm…Axşama yaxın Gültəkin xanım həmin qısa müsahibəni göndərdi və işlədiyim qəzetdə cümləsinə belə əl dəyilmədən getdi…Amma deyəsən, həmin agentlik Mehdiyevdən ehtiyat etdiyi üçün vermədi, deyəsən, yalan danışa bilmərəm…

İndi hamı az qala özünü qəhrəman, mücahid, haqq aşiqi sayır, hamı özünü “alınmaz-satılmaz” sayır, özləri trol ola-ola, min oyundan çıxa-çıxa başqalarını, abırlıları, peşəkarları, oyun oynamayanları hədəf alır…
Amma faktdan böyük fakt yoxdur…Həm də vicdanlı və peşəkarsansa, istənilən məqamda və məkanda ən böyük zorluqların öhdəsindən gələ biləcəksən…Şükür ki, vicdanım da, ədalətim də, peşəkarlığım da, sifətim də yerindədir…
Bəli, bu gün kimlərsə Gültəkin xanımı mövqeyinə görə qəbul etməyə, bəyənməyə, tənqid edə bilər, öz işləridir…
Bəzən bizim də fikirlərimiz üst-üstə düşmür, daban-dabana zidd olur, bir-birimizlə razılaşmırıq, amma və lakin…
Gültəkin xanım millətçi, türkçü, Azərbaycançı, vətənini, dövlətini, millətini sevən və onun uğrunda fədakarlıqlara gedən xanımdır…
Çoxlarına və çoxlarına təmənnasız şəkildə çox əl tutub, çoxlarını dardan qurtarıb…Hansı ki, həmin adamların çoxu bu gün… Nə isə…Bunu kimsə yadından çıxarmasın…
Onu iqtidarla bilərəkdən, qəsdən düşmən edənlərə də…
Gültəkin xanım və onun kimilər iqtidarda çox olsaydı, indi mənzərə və durum bambaşqa olardı!!!
17:12, 11 may
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az