2010-cu il Şəhidi Rüfət Səmədovun anası Aybəniz Səmədovaya- “VƏTƏN NAMİNƏ”-NİN “ŞƏHİD ANASI” MEDALI VƏ VƏSİQƏSİ TƏQDİM OLUNDU… – FOTOLAR

Daha bir Şəhid anası “Şəhid anası” medalı və vəsiqəsi ilə təltif olundu…

Daha bir Şəhid anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim edildi…

Dünən Qaradağ rayonunun Ələt qəsəbəsinin Şəhidlərindən olan (2010-cu il Şəhidi) Rüfət Zaur oğlu Səmədovun anası Aybəniz Gülübəy qızı Səmədova “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olundu…

Şəhid anasına medal və vəsiqəni adıçəkilən təşkilatın təmsilçisi, jurnalist Kamil Həmzəoğlu təqdim etdi…

Şəhid anası Aybəniz xanım da öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya minnətdarlıq və təşəkkürlərini ifadə etdi…

Bildirdi ki, belə bir nəcib addımın Şəhid ailələrinə, xüsusilə, Şəhid analarına çox böyük mənəvi və müsbət təsiri var…

Beləliklə, daha bir Şəhid anasına “Şəhid anası” medalı və vəsiqəsi təqdim olundu, daha bir Şəhid anası sevindirildi.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İki dayısı Birinci Qarabağ Savaşının Şəhidi, bir əmisi Birinci Vətən Müharibəsinin iştirakçısı, bir əmisi oğlu 2010-cu il Şəhidi olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNƏ KÖNÜLLÜ GEDƏN, BİR GÖZÜNÜ İTİRƏN, BİR GÖZÜ CƏMİ 10 FAİZ GÖRƏN, AİLƏNİN TƏK VƏ SUBAY OĞLU, 2 MEDALLI QAZİ ELNUR SƏMƏDOV… – FOTOLAR

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir