2016-cı ilə kimi iki döyüş tapşırığında və Aprel döyüşlərində iştirak edən, İkinci Vətən Müharibəsində Füzulidən Şuşayacan döyüş yolu keçən, həm müharibədə, həm “Qisas” əməliyyatında yaralanan-8 MEDALLI, GİZİR, İKİ QIZ ATASI, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI-BƏRDƏLİ PƏRVİN HÜSEYNOV…VƏTƏN SEVDALISININ PROBLEMLƏRİ HƏLL EDİLƏCƏKMİ? – FOTOLAR

Xüsusi Təyinatlılar…

İgid, Qəhrəman, Vətən sevdalısı oğullar…

Düşməni lərzəyə gətirən, düşmənin canına vəlvələ salan, düşmənin qorxulu yuxusu olan Vətən övladları…

Vətənini, Qarabağını, Azərbaycanını hər şeydən, hər kəsdən-öz doğmalarından, öz əzizlərindən belə üstün tutan Əfsanəvi İgidlər, Əfsanəvi Qəhrəmanlar…

Belə oğullardan, belə Vətən sevdalılarından biri də Əfsanəvi Xüsusi Təyinatlılarımızdan olan əslən Qarabağlı-Bərdəli Pərvin Hüseynovdur…

Başdan-ayağacan, təpədən-dırnağacan ürəyi Vətən eşqilə döyünən Pərvin Möhübbət oğlu…

Vətənpərvər, Vətənsevər, Vətən sevdalısı Pərvin Möhübbət oğlu Hüseynov…

Elə bu yerdə qeyd edim ki, Pərvin Möhübbət oğlu Hüseynov 1995-ci ilin iyun ayının 15-də Bərdə rayonunun Muğanlı kəndində anadan olub…

Ailənin dörd oğlan övladından biridir…

2021-ci ildə atalarını-Möhübbət kişini itiriblər…

2001-2012-ci illərdə Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbində oxuyub…

Orta məktəbi bitirdikdən bir il sonra-2013-cü ilin 4 iyul tarixində həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Əvvəlcə Bakı şəhərinin Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə qulluq edib, sonra isə Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə Əsgərliyini davam etdirib…

Əsgərliyinin bir ilinin tamamında-2014-cü ilin yayında Xüsusi Təyinatlı Qüvvələrin kursuna daxil olub və 6 aylıq kursu bitirdikdən sonra, 2014-cü ilin sonlarından Xüsusi Təyinatlı Qüvvələrin “N” saylı hərbi hissəsində fəaliyyətə-xidmətə başlayıb…

Eyni zamandaqeyd edim ki, qardaşlarından biri də hərbçidir, 12 ilə yaxındır Azərbaycan Ordusunda xidmət edir, İkinci Vətən Müharibəsinin və son əməliyyatların iştirakçısı olub…

Pərvin Xüsusi Təyitanlı Qüvvələrin “N” saylı hərbi hissəsində Kiçik gizir kimi xidmətə başladıqdan az sonra, yəni, 2016-cı ilin tarixi uğurlu Aprel döyüşlərinə kimi iki dəfə döyüş tapşırığında iştirak edib….

Tarixi Qələbə və Zəfərimizə gedən yolun başlanğıcı, cığırı olan Aprel döyüşlərində Vətənin keşiyində dayanıb, döyüşlərdə iştirak edib…

Həmin ərəfələrdə ABŞ Xüsusi Təyinatlıları ilə bir yerdə 6 həftəlik kurs keçib…

Həmçinin, bir Qarabağlı, bir Vətən sevdalısı kimi 44 günlük İkinci Vətən Müharibəsinə qatılıb, Xüsusi Təyinatlı Qüvvələrin Giziri kimi qanlı döyüşlərdə iştirak edib….

Füzulidən Şuşayacan şərəfli döyüş yolu keçib…

Hətta Şuşada qanlı döyüşlər zamanı yaralanıb…

Ancaq yaralanmasına baxmayaraq, döyüşü davam etdirib, müharibə bitənə, tarixi Qələbə və Zəfərimizə kimi döyüşlərdə olub…

İkinci Vətən Müharibəsindən az sonra isə Kəlbəcər rayonunun təhvil-təslimində iştirak edib…

Müharibə zamanı yaralanmasına rəğmən Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətini davam etdirib…

2022-ci ildə qardaş və dost Türkiyədə iki dəfə-Türkiyə Özəl Kuvvetleri ilə dörd həftəlik bir kursda, iki aylıq isə bir kursda olub, sularda əməliyyat kursunu keçib…

Bununla yanaşı, 2022-ci ilin 12-13 sentyabr döyüşlərində, “Qisas” əməliyyatında iştirak edib, yaralanıb…

Qapalı (ağır) kəllə-beyin travması almışam…

İkinci dəfə yaralanmasına baxmayaraq, yenə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətini davam etdirib…

Eyni zamanda, səhhətinin pisləşməsi ilə bağlı 2023-cü ilin yanvarından əvvəlcə Hərbi hospitalda, sonra isə müxtəlif xəstəxanalarda müalicə alıb, müayinələrdən keçib…

2023-cü ilin sentyabr ayının 14-dən isə Ordudan təxris olunub…

Və hələ də müalicə-müayinələrini davam etdirir…

Hələ də səhhətində ciddi problemlər var…

Və İgidliyinə, Qəhrəmanlığına, Vətən qarşısında xidmətlərinə görə, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları, o cümlədən “Vətən müharibəsi iştirakçısı”, “Şüacətə görə”, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə”“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də alıb…

Hətta ali ordenlərimizdən birini də Haqq edir…

Və inanırıq, əminik ki, orden Haqqını da alacaq!

***

Vətən sevdalısı Əfsanəvi Xüsusi Təyinatlımızla-Pərvin Hüseynovla bir neçə ay öncə “Əfsanəvi tabor”un Şəhidlərindən olan “Azərbaycan Bayrağı” ordenli Əfsanəvi Kərim Əliyevin Cənnətdəki üçüncü doğum günündə tanış oldum…

Və qeyd edim ki, bu tanışlıqdan da çox məmnun və çox razı qaldım…

Çünki qeyd etdiyim kimi, əsl Vətən sevdalısı Azərbaycan övladıdır…

Səmimi, mədəni, sadə, dürüst, təmənnasız, istiqanlı, böyük-kiçik yeri bilən bir oğuldur…

Vətən naminə etdiklərini dilinə gətirməyən, gözə soxmayan, Əfsanəvi Xüsusi Təyinatlı adının Haqqını verən bir İgiddir, Qəhrəmandır!

***

Və Vətən sevdalısı Pərvin Hüseynovun problemləri də az deyil…

Səhhət problemi bir tərəfdən, üzləşdiyi maddi problemlər də bir tərəfdən…

Pərvin ailəlidir, iki gözəl qız atasıdır…

Məryəm Zümra adlı dünya gözəli iki qız övladı var…

Və Pərvin hazırda işsizdir, əlillik dərəcəsini də ala bilməyib…

İpoteka krediti və başqa iki banka kredit ödəyir…

Ancaq səhhəti ilə bağlı işsiz olduğuna görə kreditlərini ödəyə bilmir, ödəməkdə çətinlik çəkir…

Və digər problemləri var…

Odur ki, kreditlərinin bağlanmasını, bağışlanmasını istəyir…

İstəyir ki, dövlət rəhbərliyi, aidiyyatı qurumlar bu məsələlərdə ona dəstəyini əsirgəməsin…

Ona görə inanmaq istəyirik və inanırıq ki, Vətən sevdalımızın səhhəti, ailə vəziyyəti, maddi nəzərə alınacaq və bu məsələlərdə ona Haqq etdiyi dəstək göstəriləcək…

Allah özü köməyi, Yar və Yardımçısı olsun!

Amin!

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

“Fransa tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa və təxribat xarakterli bəyanatlara son qoymağa çağırırıq”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir