2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, 2022-ci il “Qisas” əməliyyatının iştirakçısı və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının-ŞƏHİDİ, “DONİ” LƏQƏBLİ ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI VÜQAR MƏMMƏDQASIM OĞLU İSMAYILOV… – FOTOLAR

Bu gün, 31 dekabr 2023-cü il tarixində, səhər saatlarında daha bir Şəhid ocağını, Şəhid ailəsini ziyarət etdik…

Daha bir Nur üzlü Şəhidimizin ailəsində, ocağında olduq…

Daha bir Vətən sevdalısı, Əfsanəvi Xüsusi Təyinatlı-antiterror Şəhidinin ailə üzvləri, anası ilə bir araya gəldik…

Şəhid və Qazi sevdalısı,  “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla birlikdə Şabranlı-“Doni” ləqəbli antiterror Şəhidi Vüqar Məmmədqasım oğlu İsmayılovun ailə üzvləri, Dərdli, Yaralı, həm də Qəhrəman Anası Şəmsiyyə xanımla, Şəmsiyyə İsmayılova ilə görüşdük, söhbətləşdik, dərdləşdik…

Şəhidimizin ailəsinə, anası Şəmsiyyə xanıma başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimizi bildirdik…

Eyni zamanda, Şəhidimizin ailəsini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdik…

Ziyarət zamanı Azər bəy tanınmış iş adamı Mübariz Mənsimovun və “Odlar yurdu” qrupunun adından Şəhidimizin ailəsinə, anası Şəmsiyyə xanıma “Xarıbülbül” simvolunu təqdim etdi…

Şəhidimizin anası da öz növbəsində onların yanında olan hər kəsə, o cümlədən Mübariz Mənsimova “Odlar yurdu” qrupuna minnnətdarlığını ifadə etdi…

Şəhidimizin ailəsini, ocağını ziyarətimiz təxminən bir saata yaxın çəkdi…

Bu yerdə onu da qeyd edim ki, əfsanəvi Şəhidimiz 1992-ci ilin oktyabr ayının 17-də Şabran rayonunda sadə bir ailədə dünyaya gəlib…

Ailənin dörd övladından, iki qardaşdan biri, evin böyük oğlu idi…

Orta məktəbi bitirdikdən sonra, 2010-2012-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb…

Orta məktəbdə oxuyarkən həm də idmanla, sambo ilə məşğul olub…

Hərbi xidmətini başa vurduqdan sonra isə həyatını yenidən hərb ilə bağlayıb…

6 il Daxili Qoşunlarda, sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyət göstərib…

Baş leytenant hərbi rütbəsini daşıyıb…

2016-cı il Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, 2022-ci il “Qisas” əməliyyatının və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatının iştirakçılarından olub…

Və antiterror əməliyyatı zamanı, 19-dan 20-nə keçən gecə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə 3 gün sonra, sentyabrın 23-də Şabran rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən öncə bir neçə medalla, o cümlədən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

31 yaşının olmasına baxmayaraq, o, həm də subay olub…

Məqamı Uca, gərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İlkin bir gün müharibənin baş verəcəyini, döyüşlərə atılacağını, düşmənlərimizi məhv edəcəyini və Şəhid olacağını deyirdi…”-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY ÖVLADI, MAXE, ŞABRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ İLKİN AĞAQULİYEVİN ANASI SAFURA AĞAQULİYEVA – FOTOLAR

Read Next

“Ən çox dövlət suverenliyinin bərpası Azərbaycan xalqının yaddaşında qalacaq…”-İLHAM ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir