2017-ci il Azərbaycan üçün uğurlu il kimi xarakterizə oluna bilər – DEPUTAT

“Başa vurmaqda olduğumuz 2017-ci il Azərbaycan üçün uğurlu il kimi xarakterizə oluna bilər”.

Etikxeber.az xəbər verir ki, bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, cari ilin geridə qalan müddəti ərzində ölkə iqtisadiyyatında aktivlik qorunub saxlanılıb:

“Eyni zamanda, ölkədə sosial sahədə bir sıra addımlar atılıb. Siyasi sferada Azərbaycanın beynəlxalq uğurlarında yeni cığırlar açılıb. Eyni zamanda Avropaya çıxışı təmin edən Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması ilə bağlı sazişin imzalanması olduqca önəmli hadisələrdəndir.

Bütün bunlar isə dövlət başçısı cənab İlham Əliyevin yorulmaz, qətiyyətli addımları nəticəsində baş verir. Heç şübhəsiz ki, dövlət başçısının atdığı addımlar Azərbaycan vətəndaşının sosial-rifah halının yüksəldilməsinə xidmət edir”.

Etikxeber.az

Read Previous

Lotereyada nə az-nə çox – 47 milyon dollar uddu…

Read Next

“Bakı,iri şəhərlərimizlə regionlar, kənd rayonları arasında fərq azalmaqdadır”-ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir