2017-ci ildə qızılın bir unsiyası 1300 dollar olacaq – PROQNOZ

“Commerzbank”ın analitikləri Eugen Veinberg və Carsten Fritşin hesabatına əsasən, 2017-ci ilin son rübündə qızılın bir unsiyasının qiyməti 1300 dollara, 2018-ci ildə isə 1400 dollara çatacaq.

Etikxeber.az “Haber7.com” saytına istinadla verdiyi xəbərə görə, E.Veinberg qeyd edib ki, bazarlardakı saysız-hesabsız qeyri-müəyyənliklər riskdən qaçış zamanı yaranan yeni bir artımı hər an dəstəkləyə bilər. Bu qeyri-müəyyənliklər Donald Trampın Çin ilə ticarət rəqabətinə girmək qərarı, Avropada seçkilərdə meydana gələn qeyri-müəyyənliklər və İtaliya bank sektorunun bazar sabitliyi üzərində yaratdığı risklər ola bilər.

Etikxeber.az

 

Read Previous

Rəhimov Sirvana gedir…

Read Next

“Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır” – ALSU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir