2018-ci il və ya bir əsrə sığacaq hadisələr… – BAXIŞ BUCAĞI

2018-ci ildə ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə bir sıra irimiqyaslı transmilli layihələr uğurla icra olundu.

Etikxeber.az xəbər verir ki, bunu deputat Eldəniz Səlimov deyib.

E.Səlimov bidirib ki, 2018-ci ildə Avrasiyanın enerji xəritəsində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi”nin və onun tərkib hissəsi olan Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP qaz kəmərinin (həmçinin, STAR neft emal zavodunun)  açılışı oldu.

Onun sözlərinə görə, bu layihənin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi üzrə işlərin yekunlaşdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində ölkəmizin aparıcı rolunun artmasının əyani ifadəsi oldu. Cari ildə həm də “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür. Azərbaycanın yüksək investisiya cəlbediciliyini qoruyub saxlaması böyük əhəmiyyət daşıyır”-deyə, deputat qeyd edib.

and

tanappp

cdq

parad-22

 

O, eyni zamanda deyib ki, ötən il Azərbaycan tarixində unudulmayacaq digər bir möhtəşəm hadisə yaşanıb, ilk müstəqil Azərbaycan dövlətinin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə bağlı 2018-ci il ölkə prezidenti təfəfindən “Cümhuriyyət İli” elan edilib.

Bildirib ki, bu əsnada may ayının 28-də AXC-nin 100 illiyi yüksək səviyyyədə keçirilib, həmçinin, iyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının, sentyabr ayının 15-də isə Bakının erməni işğalında azad edilməsinin 100-cü ildönümü hərbi parad və paradla möhtəşəm şəkildə qeyd edilib.

eldeniz-parad

elde-paiii

Həmçinin, sentyabr ayının 21-də AXC Parlamentinin 100 illiyi  dövlət başçısının iştirakı ilə Milli Məclisdə (MM) xüsusi və təntənəli iclasla qeyd olunub, AXC-yə, Azərbaycan Parlamentinə, onların  keçdiyi tarixi və şərəfli yola bir daha yüksək dəyər verilib.

Millət vəkili ötən ilin ən yaddaqalan hadisələrindən biri kimi, aprel ayının 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini, Azərbaycan xalqının növbəti dəfə dövlət başçısı İlham Əliyevə 7 illik mandat verdiyini, ona sonsuzadək güvəndiyini, etimad və etbar etdiyini, həmçinin, aprel ayının 21-də  MM-də ölkənin yeni baş nazirinin təsdiqləndiyini və yeni hökumətin formalaşdırıldığını sözlərinə əlavə edib.

“Bunlar əslində bir ilə deyil, bir əsrə bərabər sayılacaq, bir əsrə sığacaq hadisələrdir. Bu baxımdan hesab edirəm ki, 2018-ci il hələ çox xatırlanacaq,  hələ çox yada salınacaq, bir sözlə, hafizələrdən, yaddaşlardan silinməyəcəyək”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Luqte, Yonq və “Paris Sen-Jermen”…

Read Next

Azərbaycanlı icması “Gate to Heaven”-in prodüserlərinə etiraz məktubu ünvanladı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir