“2019-cu il prezident seçkilərilə bağlı siyasət və media mühəndisliklərini boşa çıxaracağıq” – PREZİDENT

“İnşallah, 2019-cu il prezident seçkiləri ilə bağlı siyasət və media mühəndisliklərini, ssenarilərini boşa çıxara biləcəyik”.

Etikxeber.az-ın KanalD-yə istinadən xəbərinə görə, bunu AKP genəl başqanı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, bir daha AKP-liləri qarşıdan gələn prezident seçkilərinə daha ciddi hazırlaşmağa,  “yorğun” yerli təşkilatları təzələnməyə, yeniləşməyə çağırıb.

“Müxalifətin ortaq aday-ortaq namizəd ortaya çıxara biləcəyini də nəzərdən qaçırmamalıyıq. Amma inşallah, siyasət və media mühəndisliklərini boşa çıxarmağa nail ola biləcəyik”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

 

 

 

 

Read Previous

Qırğızıstanda partlayış baş verdi: 2 NƏFƏR ÖLDÜ, 8 NƏFƏR YARALANDI

Read Next

“FETÖ”-NÜN “MEDİA AYAĞI” NAZLI İLICAK: “Özlə guya qartopu oynayırmış kimi foto çəkdirdik…” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir