2019-cu ildə vergi siyasətində beş istiqamət müəyyənləşib- NAZİR

Vergilər naziri  Mikayıl Cabbarov 2019- cui ildə  vergi siyasətində baş verəcək dəyişikliklərdən barədə danışıb.

Etikxeber.az məlumat verir ki, nazir Milli Məclisdəki (MM) büdcə zərfi ilə bağlı çıxışında qeyd edib ki, növbəti il sahibkarlığın inkişafının dəstəklənməsinə, özəl investisiyaların təşviqinə xidmət edəcək.

Onun sözlərinə görə, bu məqsədlərə  nail olmaq üçün bərabər şərtlər və vergi yükünün təmin edilməsi qarşıda duran əsas vəzifə kimi təyin edilib:

mikayilllll

“Qeyri-neft sektorunda tətbiq ediləcək güzəştlər də buna yönəlib. Əsas meyarlar vergidən yayınmanın azaldılması, uçot bazası, mal dövriyyəsinin sənədləşdirilməsi, vergi tutma rejiminin təkmilləşdirilməsi, vergi güzəştlərinin optimallaşdırılması və iqtisadi səmərənin gücləndirilməsidir. İqtisadiyyatımızın bir sıra sahələrinə vergi güzəştləri tətbiq olunur.  Beləliklə, son istiqamət vergi və vergi yığımının inzibatçılığının təkmilləşdirilməsidir. Beləliklə, bu problemlərin həlli üçün vergi siyasətində beş istiqamət müəyyənləşib. Bunlar kölgə istiqamətinin azaldılması, vergi tutma bazasının təkmilləşdirilməsi, geniş vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi inzibatçılığının genişləndirilməsidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

İcbari tibbi sığortanın bütövlükdə tətbiqi yenə qaldı…

Read Next

Vahid Əhmədov nazirlikləri yıxıb-sürüdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir