2019-cu ilin büdcəsi bəzi parametrlərinə görə əvvəlkilərdən xeyli fərqlənir – SƏMƏDZADƏ – YENİLƏNİB

 Milli Məclisdə (MM) 2019-cu ilin büdcə müzakirələri başlayıb.

Etikxeber.az-ın məlumatınaa görə, büdcə müzakirələrinin ilk iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq, İctimai birliklər və dini qurumlar, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, həmçinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələri qatılıblar.

Komitələrin birgə iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edir.

1488451229_ziyad-s-str-7-8

O, qeyd edib ki, bu gün ölkənin baş-ali maliiyə sənədi, dövlət büdcəsi müzakirəyə çıxarılır.

Onun sözlərinə görə, Konstitusiyaya edilən dəyişikliklərdən sonra büdcə zərfi 3 oxunuşun müzakirələrindən keçiriləcək və dövlət başçısı tərəfindən imzalanaraq, hüquqi üvvəsinə minəcək.

Komitə sədri deyib ki, növbəti ilin büdcə zərfi bir çox parametrlərinə görə əvvəlkilərdən xeyli fərqlənir:

“Dünyada qlobal dəyişikliklər, təlatümlər baş verir, riqslər yaşanır, amma bunların fonunda Azərbaycanda iqtisadi inkişaf davam edir, ölkədə siyasi-iqtisadi sabitlik qorunub, saxlanılıb. Bütün bunlar elə növbəti ilin büdcəsində də özünü göstərir. Dövlət büdcəsi çox peşəkar, çox məzmunlu və çox səliqəli şəkildə hazırlanıb. O, Azərbaycanın növbəti mərhələdə də inkişafına öz müsbət təsirini göstərəcək”.

Hazırda maliyyə naziri Samir Şərifovun məruzəsi dinlənilir.

samir-sarifov

 2019-cu il dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub”.

Bu haqda  çıxışında S. Şərifov məlumat verib.

O, qeyd edib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Bildirib ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub:

“2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırlır”.

Nazir bildirib ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur:

“Büdcə zərfində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulub.

2019-cu il icmal büdcənin gəlirləri 29 724,6 mln. manat və ya cari ilə nisbətən 1 599,9 mln. manat və ya 5,7% çox, xərcləri 27 372,3 mln. manat və ya əvvəlki ilə nisbətən 797 mln. manat və ya 3,0% çox nəzərdə tutulur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

Read Previous

Ehtiyac meyarı 143, yaşayayış minimumu 180 manat olacaq – NAZİR

Read Next

Bələdiyyə seçkilərinə nə qədər vəsait ayrılacaq? – RƏSMİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir