2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri müzakirə olunub-İQTİSADİ ŞURADA

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələn tapşırıqlar, 2023-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin layihələri, büdcə qaydasının hədəfləri və əməliyyat hədəfi, ortamüddətli dövr üçün dəqiqləşmiş makroiqtisadi proqnoz göstəriciləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib.

2023-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Etikxeber.az

Read Previous

Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədovaya vəzifə verildi-163 NÖMRƏLİ MƏKTƏBİN TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ TƏYİN EDİLDİ

Read Next

II Elizabet-VƏFAT ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir