2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması gözlənilir-TAHİR MİRKİŞİLİ

2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM( İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Tahir Mirkişili deyib.

Komitə sədri diqqətə çatdırıb ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur.

“2022-ci ilin sonuna qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır. Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Növbəti siyasi-diplomatik uğur və ya Soçi görüşü bir daha təsdiq etdi ki, biz öz çətirimiz altındayıq!-ELDAR İBRAHİMOV YAZDI

Read Next

İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hökumətə təqdim edilib-MİKAYIL CABBAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir