“Forpost” aprel döyüşlərindən hələ də özünə gələ bilmir” – DEPUTAT

“Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin aprel döyüşlərinin, aprel qələbələrinin ildönümüylə bağlı  Azərbaycan Ordusunun bir qrup hərbçisi ilə görüşü, orada səsləndirdiyi fikirlər, verdiyi mesajlar hər birimizin qəlbində dərin izlər buraxdı. Bu, çox əlamətdar və tarixi bir görüşdür. Cənab Prezidentimizin də vurğuladığı kimi,  aprel döyüşləri Azərbaycanın, Azərbaycan Ordusunun şanlı hərb qələbəsidir, dövlətimizin, xalqımızın  gücünü göstərən qələbədir. Çünki aprel döyüşləri, aprel qələbələri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. Bu döyüşlər, qələbələr həm də onu göstərir və göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri millət vəkili Eldəniz Səlimov dilə gətirib.

Millət vəkili bildirib ki, görüşdə də bəyan olunduğu kimi, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını nümayiş etdirdi.

“Ölkə rəhbərinin də haqlı olaraq qeyd etdiyi kimi, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu və bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək” -deyən E. Səlimovun sözlərinə görə, ümumiyyətlə,  aprel döyüşləri son 20-22 ildə bizim tariximizdə mühüm əhəmiyyət kəsb edən döyüşlərdən biridir.

prez-aprel

Millət vəkili qeyd edib ki, çünki indiyə qədər düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişədir, lakin aprel döyüşləri göstərdi ki, Ermənistan-Azərbaycan münaqişəsi dondurulmuş münaqişə deyil və hər an alovlana,  çox ağır nəticələr verə bilər.

“Azərbaycan gənclərinin Dağlıq Qarabağa üz tutması, vətəndaşlarımızın könüllü olaraq ordu sıralarına yazılmaqla bağlı müraciətlər etməsi və hamının bir nəfər kimi Ali Baş Komandanın bu siyasətini dəstəkləməsi Dağlıq Qarabağ münaqişəsinin gələcəkdə də həll olunmamış qalmasının mümkünsüzlüyünü göstərdi”- deyən deputatın bildirdiyinə görə, aprel döyüşləri nəticəsində son bir il ərzində Ermənistanda ictimai-siyasi sabitlik tamamilə pozulub, bu ölkə, daha doğrusu, “forpost” aprel döyüşlərindən hələ də özünə gələ bilmir.

prezident-aprel-8

“Ermənistan cəmiyyətində həm siyasi, həm hərbi, həm də iqtisadi və sosial vəziyyət baxımından böyük gərginlik yaşanır. Artıq erməni anaları öz övladlarını döyüşə göndərmək, onların Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçmələrini istəmirlər. Ermənistanda keçiriləcək seçkilərdə də müxalifəti təmsil edən bir sıra partiyalar və onların tanınmış nümayəndələri, o cümlədən keçmiş prezidentlər, baş nazir və başqa-başqa strukturlarda rəhbər vəzifələrdə çalışmış şəxslər də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və Azərbaycanla əlaqələrin qurulmasını əsas şüar olaraq öz seçki platformalarına daxil ediblər.

Yəni, aprel döyüşlərinin nəticəsi budur. Son bir il ərzində Ermənistan ictimaiyyətinin böyük hissəsi artıq Azərbaycanla sülh danışıqlarına getməyi, Azərbaycanla əlaqələrin qurulması istəyir və Ermənistanın düşdüyü ağır durumdan çıxmasını məhz bu yolda görürlər. Başqa yol da, başqa cür də ola bilməz. Başqa yol, başqa variant Ermənistanın tam çöküşü və məhvidir. Əlləri Azərbaycan xalqının qanına bulaşmış Ermənistan hakimiyyəti, erməni rəhbərliyi, xunta reyimi də bu reallığı, bu gerçəkliyi nə qədər tez anlasa və dərk etsə, bir o qədər məqsədəuyğun olar…”– deyə, millət vəkili daha sonra sözlərinə əlavə edib.

eldeniz salimov-1

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 155 dəfə pozub

Read Next

Hacıqabulda 5 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur- “Azəravtoyol”dan açıqlama – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir