21-ci dünya çempionatı başlayır – BU GÜN

Bu gün-iyunun 14-də dördilliyin ən böyük futbol yarışı start götürəcək.

Etikxeber.az-ın məlumatına görə, Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.

A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir.

rusiya-futbol

Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin “siftə”sini korlamalı olacaqlar.

Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti  Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.

DÇ-2018

I tur

A qrupu

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

Baş hakim: Nestor Pitana (Braziliya)

Rusiya, Moskva. “Lujniki” stadionu.

Etikxeber.az

Read Previous

40 ildən sonra görüş və ya Aslan Nəsibov yaddışımda necə qaldı? – ƏMƏKDAR JURNALİST

Read Next

“Romanı dəstəkləyirik, İtaliya tək qala bilməz” – MERKEL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir