21 mindən artıq əlil bərpa-müalicə xidmətləri ilə təmin olunub

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin kompleks tibbi-sosial və peşə reabilitasiyası istiqamətində işlərin davamı olaraq, 21,9 min nəfər əlilliyiolan şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib.

ƏƏSMN-dən Etikxeber.az-a verilən məlumatagörə, yanvar-noyabr aylarında 7 781 nəfər şəxsə nazirliyin əlillərin bərpa mərkəzlərində müasir tibbi avadanlıqlarla bərpa-müalicə xidmətləri göstərilib, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün məqsədəuyğun işlər görülüb. Eyni zamanda 128 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq (valideynlərindən birinin müşaiyəti ilə) xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Əlilliyi olan insanların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə onların protez-ortopedik bərpa xidmətləri ilə təminatı işləri də davam etdirilir. Yanvar-noyabr aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 13 990 nəfər əlilliyi olan vətəndaşın qeyd olunan xidmətlərlə təminatı həyata keçirilib. Onlara ümumilikdə 31 537 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi (o cümlədən 1 117 ədəd əlil arabası, 663 ədəd eşitmə aparatı, 8 404 ədəd müxtəlif reabilitasiya vasitəsi, 1 065 ədəd aşağı və yuxarı ətraf protezi, 1 517 cüt dirsəkaltı ağac, 810 ədəd dördayaqlı dayaq vasitəsi, 1288 ədəd aşağı və yuxarı ətraf ortezi, 717 ədəd bel və boyun nahiyəsi üçün korset və s.) verilib.

Həmçinin cari ilin ötən dövründə ölkəmizin bölgələrində əlilliyi olan şəxslərin ehtiyac duyduqları protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təmin olunmaları üçün onlara səyyar formada protez-ortopedik bərpa xidmətləri də göstərilib.

Etikxeber.az

Read Previous

Dollar bahalaşmaqda davam edir…

Read Next

Dövlət Gömrük Komitəsi: Azərbaycandan 19 milyon tondan çox neft ixrac olunub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir