21 sentyabr hadisəsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir – TAHİR RZAYEV

Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin (MM) üzvü Tahir Rzayev deyib.

100-5

T.Rzayev bildirib ki, Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunmasının böyük siyasi əhəmiyyəti var.

Onun sözlərinə görə, yubiley mərasimində Prezident İlham Əliyevin söylədiyi kimi Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir.

tahirrr

“Bu gün Azərbaycan Respublikası AXC-nin layiqli varisi kimi demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir müstəqil Azərbaycan hazırda dünya birliyinin layiqli üzvüdür. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan dinamik inkişaf edərək bütün sahələr üzrə böyük nailiyyətlər qazanıb. Mili Məclisin 21 sentyabr 2018-ci il tarixdə keçirdiyi təntənəli xüsusi iclasda da bu uğurlar sadalandı. Bu təntənəli mərasimin keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisidir”-deyə, T.Rzayev qeyd edib.

Etikxeber.az

Read Previous

Rafael Hüseynov AŞPA-nın Gürcüstanda keçiriləcək komitə iclasında iştirak edəcək

Read Next

Terror aktına görə məsuliyyəti ABŞ-ın dəstəklədiyi dövlətlər daşıyır – XAMNEYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir