21 yaşı tamam olan Şəhid Dünyamin Tağızadənin-MƏZARININ ZİYARƏTİ VƏ CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün səhər saatlarında Şuşanın (həm də Beyləqanın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ailənin iki övladından biri, evin subay oğlu, anası tərəfindən təkbaşına böyüdülən Dünyamin Tağızadənin Cənnətdəki ikinci ad günü, mövludu ilə bağlı Beyləqan rayonundakı məzarı ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə görə, 2001-ci ilin yanvarın 21-də dünyaya gələn və bu gün 21 yaşı tamam olan Şəhid Dünyamin Tağızadənin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarət zamanı gənc rəssam Suqra Kazımlı tərəfindən çəkilmiş rəsm-portret Şəhidin anasına təqim olunub.

Qeyd edək ki, ziyarətdə Şəhidin anası Ziyafət xanım, yaxınları, Ağdamlı Şəhid İsrafil Zülfüqar oğlu İbrahimovun valideynləri və digər şəxslər iştirak ediblər.

Yarım saatdan çox çəkən ziyarətdən sonra Quzanlı qəsəbəsində yerləşən Quzanlı-Ağdam Şəhidlər Xiyabanına üz tutulub.

Şəhid Dünyamin Tağızadənin anası və yaxınları Şəhid İsrafil İbrahimovun məzarını ziyarət edib, valideynlərinə səbr diləyiblər.

Hər iki ziyarətdən sonra Dünyamin Tağızadənin baba ocağında (anasının atasıgildə), Tərtərin Qaraqoyunlu kəndində Şəhidin adına ehsan verilib.

Bir daha Şəhid Dünyamin Tağızadənin anası və əzizlərinə başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb.

Eyni zamanda, Şəhidin Cənnətdəki ad günü, mövludu təbrik edilib.

Məqamı Uca, Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

13:45

***

FOTOLAR:

BEYLƏQAN ŞƏHİDLƏR XİYABANI…BEYLƏQANLI ŞƏHİDLƏRİMİZ…

ŞƏHİD DÜNYAMİN TAĞIZADƏ VƏ ŞƏHİD İSRAFİL İBRAHİMOVUN AİLƏ ÜZVLƏRİ…

ŞƏHİD DÜNYAMİN TAĞIZADƏNİN MƏZARININ ZİYARƏTİ…

15:05

***

QUZANLI-AĞDAM ŞƏHİDLƏR XİYABANI…

NUR ÜZLÜ ŞƏHİDİMİZ İSRAFİL İBRAHİMOVUN MƏZARININ ZİYARƏTİ…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hava buludlu və duman olacaq-SABAH

Read Next

Keçmiş baş prokuror və sabiq səfir 10 il azadlıqdan-MƏHRUM EDİLDİ, ƏMLAKLARI MÜSADİRƏ OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir