21 yaşında Şəhidlik məqamına ucalan Ərəbqubalılı Kamil Şirinov-VƏ YA ÜÇ QOHUM, ÜÇ ŞƏHİD- KAMİL, ÜLVİ, PƏHLİ…-FOTOLAR

Kamil Altay oğlu Şirinov…

9 avqust 1999-cu il doğumlu…

Ailənin iki oğlan övladından biri…

İkinci Vətən Müharibəsinin iştirakçısı…

Vətən sevdalısı Kamil Kürdəmir rayonunun Ərəbqubalı kəndindəndir…

1999-cu ilin 9 avqust tarixində sadə, zəhmətkeş bir ailədə, Şirinovlar ailəsində dünyaya gəlib…

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Hərbi xidmətini bitirdikdən sonra evinə, ailəsinə dönüb…

İkinci Vətən Müharibəsi başlayan zaman isə səfərbərliyə cəlb olunub, sentyabrın 29-dan döyüşlərdə olub…

Füzuli istiqamətində ağır döyüşlərdə iştirak edib…

Döyüşüb, vuruşub və oktyabrın 12-də Füzulidə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Ərəbqubalı kənd qəbiristanlığında dəfn olunub…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən medallarla təltif olunub…

Kamilin qardaşı Samir isə hərbçi, MAXE olub…

Qardaşınının Şəhidliyindən sonra Ordudan təxris olunub…

Kamil həm də subay olub…

***

Bugünlərdə Kamilin ailəsi ilə tanış oldum…

Ərəbqubalının digər Şəhidi Ülvi Azayevin Cənnətdəki ikinci doğum günündə…

Kamiln valideynləri-anası Əminə xanım və atası Altay kişi də Ülvinin mərasimindəydi…

Qeyd edək ki, Kamilgillə Ülvigil çox yaxın qohumdurlar…

İkinci Vətən Müharibəsi zamanı Kamil və Ülvidən başqa digər yaxın bir qohumları, Kürdəmirin özündən olan evin tək və ailəli oğlu Pəhli Qəribov da Şəhidlik məqamına yüksəlib…

Üç qohum, üç Şəhid…

Üç İgid, üç Qəhrəman, üç Vətən sevdalısı…Və üç Şəhid…

…Və Ülvinin məclisində Kamilin valideynlərinə başsağlığı verərək, onlara bir daha Allahdan səbr arzuladım, “Şəhidimizin, Şəhidlərimizin məkanı cənnətlik olsun, ruhu, ruhları qarşısında baş əyirəm!”-dedim…

Nur içində yatsın, Kamil balamız!

Məqamı Uca, dərgahı mübarək olsun!

Daim qəlbimizdə, qəlblərdə yaşayacaq!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyevlə Mehriban Əliyeva-QUBADA VƏ AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

İlham Əliyev Həştərxanın qubernatorunu-QƏBUL ETDİ – FOTO YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir