22 yaşının tamamından cəmi 8 gün sonra Əbədiyyətə uğurlanan-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELYAZ QARAYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elyaz Vəli oğlu Qarayevin Anım Günüdür.

Bu gün Elyaz Qarayevin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün Şəhidin Dəymədağlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzülücək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar olunacaq.

Məzarını ziyarətdən sonra Şəhidin anasının yaşadığı evdə Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Elyaz Qarayev 1998-ci ilin oktyabrın 20-də Bərdənin Dəymədağlı kəndində dünyaya gəlib…

Ailədə bir bacı, bir qardaş olublar…

Atalarını illər öncə, Elyaz 13 yaşında olarkən itiriblər…

Bacısı bir neçə il öncə ailə həyatı qurub, 3 övlad anasıdır…

Elyaz isə subay olub…

Orta məktəbi bitirdikdən sonra öncə Ağcabədi, sonra Beyləqan istiqamətində hərbi xidmətdə qulluq edib…

Hərbi xidməti başa vurduqdan sonra evinə qayıdıb, fəhləliklə məşğul olub…

Şəhidliyindən cəmi 6 ay öncə isə rayonda Su İdarəsində işə düzəlibmiş…

İkinci Vətən Müharibəsi başlayandan bir gün sonra isə səfərbərliyə cəlb olunub, bir ay Füzuli, Xocavənd, Qubadlı istiqamətlərində döyüşüb…

Qubadlının azad olunmasından, eyni zamanda, 22 yaşının tamamından cəmi bir həftə sonra, oktyabrın 27-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Nəşi bir gün sonra doğulub boya-başa çatdığı Dəymədağlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”. “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”  “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, üç övladı Vətənə əmanət qalan-GƏNCƏLİ HACI RAUF ƏSGƏROVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 3 İL ÖTÜR…

Read Next

Aprel döyüşləri, İkinci Vətən Müharibəsi və “Qisas” əməliyyatının iştirakçısı, 8 medallı keçmiş Xüsusi Təyinatlı Pərvin Hüseynov ölkə Prezidentinə və Birinci vitse-prezidentə müraciət etdi: “PROBLEMLƏRİMİN HƏLLİNDƏ MƏNƏ KÖMƏK EDİN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir