220 saylı məktəbin məzunu olmuş Şəhidlərin xatirəsinə həsr olunmuş abidə-xatirə kompleksinin açılış mərasimi: ADIÇƏKİLƏN MƏKTƏBİN ŞƏHİD MƏZUNU ALI HƏSƏNLİNİN SABAH HƏM DƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR… – FOTOLAR -YENİLƏNİB

Bu gün Bakının Nizami rayonunda yerləşən və Milli Qəhrəman Ərəstun Mahmudovun adını daşıyan 220 saylı məktəb-liseydə İkinci Vətən Müharibəsi Şəhidi, ali təhsilli, evin tək və subay oğlu Alı Nofəl oğlu Həsənli, o cümlədən bu təhsil ocağının məzunu olmuş Birinci Qarabağ Savaşı Şəhidlərinin xatirəsinə həsr olunmuş abidə-xatirə kompleksinin açılış mərasimi olub.

Etikxeber.az xəbər verir ki, açılış mərasimində Alı Həsənlinin və digər Şəhidlərin ailə üzvləri, yaxınları, Nizami rayonundan olan Şəhid ailələri, adıçəkilən məktəbin müəllim və şagird kollektivi, təhsil işçiləri, ziyalılar, Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi, millət vəkilləri Məlahət İbrahimqızı, Elman Nəsirli və digər şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Adidə-xatirə kompleksinin önünə gül dəstələri düzülüb, əklillər oyulub.

Sonra Şəhid ailələri tərəfindən abidə-xatirə kompleksinin üzərindən ağ örpək götürülüb, açılış edilib.

Bu zaman təsirli, duyğulu anlar yaşanıb, mərasim iştirakçıları göz yaşlarını saxlaya bilməyiblər.

Daha sonra çıxışlar edilib.

Şəhid Ali Həsənlinin atası Nofəl Həsənov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, sabiq deputat Südeyif İmamverdiyev, millət vəkilləri Məlahət İbrahimqızı Elman Nəsirli, tədbirin təşkilatçılarından olan Missiya-Media Qrupun rəhbəri Nicat Dağlar, Milli Qəhrəman Ərəstun Mahmudovun qızı Mehriban Mahmudova çıxış edərək, Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışıblar.

İcra basçısı Coşqun Cəbrayılov bildirib ki, Şəhidləri heç zaman yaddan çıxarmaq olmaz.

“Şəhidlərin heç zaman yaddan çıxara, unuda bilmətik. Çünki onlar bizim uğrumuzda Şəhid olublar. Daim onlara borcluyuq”-deyə, o, bildirib.

Millət vəkili Məlahət İbrahimqızı Şəhidlərlə bağlı çoxsaylı tədbirlərdə iştirak etdiyini deyib və sözlərinə əlavə edib ki, ancaq indiyə kimi belə bir möhtəşəm tədbirə rast gəlməyib.

“İnsan ömrü az, qısa olur. Bəzən fikirləşirsən, sual edirsən ki, görəsən, bir çoxları bu qısa həyatı neçə yaşayıblar. Baxıb görürsən ki, onların həyatında heç nə olmayıb, heç nə ilə yadda qalmayıblar, heç bir iz buraxmayıblar. Lakin Şəhidlərimizin ömrü qısa olsa da, şərəfli bir ömür oldu, onlar şərəfli ömür yaşadılar, iz, ad-san qoyub getdilər”-deyə, millət vəkili qeyd ediib.

Millət vəkili Elman Nəsirli isə qeyd edib ki, Azərbaycan Birinci Qarabağ Savaşında döyüşü uduzmamışdı, müharibəni uduzmuşdu.

“Ona görə biz narahat idik. Bir torpaqlarımızın azad olunmasını istəyirdik və o gün gəlib çatdı. 2020-ci ilin payızında, 44 günlük İkinci Qarabağ Savaşında biz tarixi Qələbə qazandıq, düşməni məğlub etdik, torpaqlarımızı işğaldan qurtardıq. Buna görə Müzəfər Ali Baş Komandan başda olmaqla, Şəhidlərimizə borcluyuq. Azərbaycan var olduqca, Şəhidlərimiz də bizimlə birgə var olacaq, yaşayacaqlar”-deyə, millət vəkili vurğulayıb.

Çıxışlardan sonra MissiyaTV tərəfindən hazırlanmış “Zəfərə aparan yol” adlı sənədli film nümayiş etdirilib.

Eyni zamanda, mərasimin bədii hissəsi olub.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, mahnılar və rəqslər ifa edilib.

Mərasim iki saata yaxın davam edib.

***

Qeyd edək ki, sabah, 22 iyun tarixi həm də Şəhid Alı Həsənlinin doğum günüdür.

Onun 27 yaşı tamam olur və bu, Alı Həsənlinin Cənnətdəki ikinci doğum günüdür.

 Əslən Gürcüstanlı olan Alı Həsənli 1995-ci ilin 22 iyun tarixində dünyaya gəlib.

Ali təhsilli, evin tək-subay oğlu, iki bacının tək qardaşı olan Alı Həsənli İkinci Vətən Müharibəsi zamanı Füzüli istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Alı həm də subay olub.

Cənnətdəki ikinci doğum günü ilə bağlı sabah Şəhidin ailəsinin yaşadığı binanın həyətində məclis düzənlənəcək, Alı Həsənlinin adına ehsan süfrəsi açılıcaq.

Məclisdə Şəhidin ailə üzvləri, yaxınları, Bakıdan olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Məkanı cənnətlik, Cənnətdək ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

16:55

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 21 yeni-YOLUXMA…

Read Next

“Pandemiya ilə bağlı vəziyyət imkan verəndən sonra mən ilk rəsmi səfərimi qardaş Özbəkistana edirəm: Bu, bizim münasibətlərimizin təzahürü, xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür”- İLHAM ƏLİYEV – FOTOLAR -YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir