23 min 684 nikah və 7082 boşanma – BU İLİN BEŞ AYI ƏRZİNDƏ

Cari ilin beş ayı ərzində 23 min 684 nikah və 7082 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən  Etikxeber.az-a bildiriblər ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,5-dən 5,8-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Cari ilin yanvar-may ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 709 nəfər Azərbaycana gələn, 597 nəfər isə Azərbaycandan gedən qeydə alınıb.

Miqrasiya saldosu müsbət 112 nəfər təşkil edib.

Etikxeber.az

Read Previous

DYP-dən avtomobil sahiblərinə – MÜRACİƏT

Read Next

Türkiyəli diplomat restoranda qətlə yetirildi – ƏRBİLDƏ – YENİLƏNİB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir