23 yaşında Şəhidlik məqamına ucalan-ƏLİ TAĞIYEVİN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB

Bakı şəhərinin Səbail rayonunun (həm də İmişlinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Aydın oğlu Tağıyevin Anım Günü, Əbədiyyətə uğurlanmasının dördüncü ili ilə bağlı bu gün-13 oktyabr 2024-cü il tarixində, səhər saatlarında Badamdar qəbiristanlığının Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.

“Quran” oxunub, qısa çıxışlar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Etikxeber.az-ın xəbərinə görə, 1997-ci ilin avqust ayının 7-də sadə bir ailədə dünyaya gələn Əli Tağıyevin məzarı ziyarət olunduqdan sonra ailəsinin yaşadığı evdə Anım mərasimi düzənlənib, adına ehsan süfrəsi açılıb.

Bir daha Şəhidin ruhuna dualar edilib.

Sonda xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Səbaildən olan Şəhid ailələri, Səbail rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Əligil ailədə 3 uşaq, 3 qardaş olublar.

Əli ilə Məhəmməd adlı qardaşı həm də əkiz idi.

Əli İkinci Vətən Müharibəsi zamanı könüllü olaraq, döyüşlərə atılıb.

Sentyabrın 29-dan Şəhidliyinə qədər Füzuli, Cəbrayılı  Hadrut istiqamətlərində döyüşüb.

Və Hadrut istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Əli həm də nişanlı olub.

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində uyusun!

14:20

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid Elşən Mehbalıyevin qardaşı qızının, “Azərbaycan Bayrağı” ordenli-Qazi Elnur Mehbalıyevin tək balasının-BALACA ELŞANƏNİN DÜNYAYA GƏLİŞİ, ADQOYDUSU İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNİB… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Qarabağa köçürülən məcburi köçkünlərin mülkiyyət hüququ tanınacaq?-EKSPERTİN ŞƏRHİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir