Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Salyanda 23 yaşlı gənc qətlə yetirilib.
Etikxeber.az-ın APA-nın Mil-Muğan bürosuna istinadən məlumatına görə, bu gün saat 12.30 radələrində Salyan şəhərində üzərində bıçaq yarası olan gənc aşkar edilib.
Onun Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Davudov Ağaverdi Sakit oğlu olduğu müəyyən edilib. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, yolda keçinib .A. Davudovun kim tərəfindən öldürüldüyü hələlik məlum deyil.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Etikxeber.az